Daha bir jurnalist Azərbaycandan köçdü

Gülnaz Qəmbərli bir daha Azərbaycana qayıtmaq istəmir…

 XuralTAC-a daha bir jurnalistin Azərbaycanı tərk etməsi barədə məlumat daxil olub. Məlumatda tanınmış qələm sahibi Gülnaz Qəmbərlinin ölkəni sosial problemlər səbəbindən tərk etdiyi bildirilir. İnformasiyaya əsasən, Gülnaz Qəmbərli sosial problemlər üzündən Rusiyanın Yekaterinburq şəhərinə köçüb. Jurnalist xanım Rusiyada tək övladı olan Mətinlə yaşayacaq. Söhbət zamanı həmkarımız xəbəri təsdiqləyib. O, bildirib ki, bir daha Azərbaycana qayıtmaq niyyətində deyil: «Burada nəinki jurnalistin, normal insanın yaşaması üçün heç bir şərait yoxdur. Məndən bu qədər!»

XuralTAC

                                                                                                                                “Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button