Daha bir jurnalist saxta ittihamlarla həbs edildi

Serdar Elibelyli 102.08.2013

“Nota Bene” qəzetinin və “P.S.Nota.com” xəbər saytının baş redaktoru Sərdar Əlibəyli barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

“Avropa.info”nun məlumatına görə, qərarı avqustun 2-də Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədov çıxarıb.

Baş redaktor Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xuliqanlıqda ittiham olunur. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaq Sərdar Əlibəylini vətəndaşı döyərək ona xəsarət yetirməkdə günahlandırır.

Jurnalistin vəkili Elçin Sadıqovun sözlərinə görə, Məhkəmə iclasında baş redaktor ittihamı rədd edib, özünü təqsirsiz bilib və zərərçəkəni tanımadığını söyləyib: “Sərdar Əlibəyli bildirdi ki, mən zərərçəkən şəxs kimi adı keçən şəxsi ümumiyyətlə tanımıram. Onu kim döyübsə, izahatı da ondan alın. Xəbərim olmayan “hadisə” ilə bağlı saxta və sifarişli ittihamın irəli sürülməsi mənim son beş il ərzində olan yazılarımla bağlıdır”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button