Daha bir namizəd İstanbul seçkisindən geri çəkildi: “İmamoğluna səs verin”

31 martda İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə keçirilən seçkilərdə iştirak edən Əməkçi Hərəkat Partiyasının dəstəklədiyi müstəqil namizəd Özgə Akman 23 iyun seçkilərində iştirak etməyəcək.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə İstanbil Dairə Seçki Komissiyasına ərizəsini təqdim edib.

Bu barədə açıqlama verən Özgə Akman tərəfdarlarına çağırış edib. O, tərəfdarlarından 23 iyun seçkisində CHP-nin namizədi Əkrəm İmamoğluna səs vermələrini xahiş edib.

Xatırladaq ki, 31 mart seçkisində Akman 2 min 437 səs alıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button