Daha bir oliqarx – şirkət prezidenti həbs olundu

fariz MuradovNərimanov rayon Məhkəməsinin qərarı ilə İnter Glass şirkətinin prezidenti Fariz Muradov  həbs olunub.

Məhkəmə Fariz Muradovu 4 ay müddətinə azadlıqdan məhrumetmə qərarı ilə həbs edib. F.Muradov 50 milyon dolları mənimsəməkdə ittiham olunur.

F.Muradov həm də Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin yaxın adamı hesab edilir.

Onun İnter Glass şirkəti şüşə qab istehsalı ilə məşğuldur.

Oliqarx hazırda Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin təcridxanasında saxlanılır.

Qeyd: 2012-ci ilin aprel ayında tikintisi 18 ay müddətinə başa çatmalı olan şüşə qablar zavodunda “İnter Glass Azerbaijan” şirkətinin 60 faiz payı var idi. Qalan 40 faiz isə “Gürcüstan Qaz Nəqli Şirkəti” MMC-yə aiddir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button