Daha bir ölkə Valentin gününü qadağan etdi

Malaziyada da bu gün əxlaqsızlıq günü hesab edildi…
İrandan sonra daha bir ölkə Valentin gününü qadağan edib. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Malaziyada Valentin günü “əxlaqa zidd olduğu” üçün yasaq edilib. Qaynar.info-nun CNN Türk-ə istinadən verdiyi məlumata görə, ölkənin şimalındakı 4 əyalətdə iqtidarda olan İslamçı Partiyası (PAS) Valentin günündə İslama zidd davranış nümayiş etdirənləri müəyyən etmək üçün xüsusi dəstələr yaradıb.

Partiyanın nümayəndəsi Nasruddin Hasan Tantavi bildirib ki, fevralın 14-də ictimai yerlərdə əl-ələ gəzərək və öpüşərək İslami dəyərlərə zidd hərəkət edənlərin qarşısını almaq üçün müəyyən yerlərə nəzarət həyata keçiriləcək. Onun sözlərinə görə, burada məqsəd sevgiyə mane olmaq deyil, malaziyalıların əxlaqa və İslama uyğun şəkildə yaşamasını təmin etməkdir.

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button