Daha bir siyasi məhbusun səhhətində problem var

İslam partiyası Astara rayon təşkilatının sədri, siyasi məhbus Ruhulla Axundzadənin səhətində problem yaranıb.
Bu barədə “Azadliq.info”ya onun yaxınları məlumat verib.
Məlumatda bildirilir ki, Ruhullah Axundzadənin ayağında ciddi problem yaranıb.
“Onun ayaqları tutulub. Həbsxana rəhbərliyindən onun təcili olaraq müalicə olunmasını tələb edirik”, – deyə Ruhullah Axunzadənin yaxınları vurğulayıblar.
Xatırladaq ki, Ruhulla Axundzadə 8 ildir həbsdədir. 2013-cü ildə ürəyindən əməliyyat olunub.
Ruhullah Axundzadə 2011-ci ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib.
Onun hüquqlarını müdafiə edən vəkilləri və ailə üzvləri Ruhullah Axundazadənin siyasi sifarişlə həbs olunduğunu bildirirlər.

 

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button