Daha bir siyasi məhbus azadlığa buraxıla bilər

Murad Ədilovun azadlığa buraxılması üçün məhkəməyə müraciət olundu

“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov ilə bağlı məhkəməyə müraciət edilib.

24saat.org xəbər verir ki, bunu Murad Ədilovun vəkili Bəhruz Bayramov açıqlayıb. Onun sözlərinə görə, M.Ədilovun  vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət olunub.

Murad Ədilov 2014-cü ilin  avqustun 11-də yaşadığı Sabiabad rayonunun Xəlfəli kəndində saxlanılıb. Daxili İşlər Nazirliyi onun üzərindən və evindən “külli miqdarda narkotik” götürüldüyünü açıqlayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi 2015-ci il mayın 14-də M.Ədilovun  Cinayət Məcəlləsinin 234.4.3-cü (külli-miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

O ittihamları qəbul etməyib, qardaşı Natiq Ədilovun jurnalist və siyasi fəaliyyətinə görə həbs edildiyini bəyan edib.

Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Xatırladaq ki, bir nemə gün əvvəl bloger Mehman Hüseynovun da azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edilib və proses avqustun 24-də keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button