DAK Dəmirqapı Dərbəndə gedir

Ağalar Bayramov Narınqalada Novruz şənliyinin aparıcısı olacaq…

Dərbənd şəhərində Novruz şənlikləri keçiriləcək və tədbirdə Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Bu haqda XuralTAC-a əməkdar artist Ağalar Bayramov məlumat verib. Ağalar Bayramovun sözlərinə görə, dəvət Dağıstanın Dərbənd şəhərinin Narınqala rayonunda yaşayan azərbaycanlıların «Ədalət» Cəmiyyətinin sədri Sakit Əsgərov tərəfindən edilib. Tədbirdə Dünya Azərbaycanlıları Konqresinin həmsədri, professor Paşa Qəlbinur, DAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Nadir Orucov və DAK İdarə Heyətinin üzvü, DAK-ın Mədəniyyət Məsələləri üzrə Məsulu Ağalar Bayramov iştirak edəcəklər. Novruz bayramına həsr olunan şənliklər martın 17-18-də keçiriləcək və tədbirin aparıcısı əməkdar qiraət ustası Ağalar Bayramov olacaq.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button