DAK-da daha bir qalmaqal

Mirəşrəf Fətiyev

«Sabir Rüstəmxanlı Mirəşrəf Fətiyevi sərsəm adlandırdı»

 Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı DAK İdarə Heyətinin üzvü Mirəşrəf Fətiyevin APA-da yer almış «Azərbaycan vətəndaşının, xüsusən də Sabir Rüstəmxanlının DAK-ın sədri ola bilməz» fikrinə münasibət açıqlayıb.

Millət vəkili deyib ki, bu, sərsəm fikirlərdir: “Mirəşrəf Fətiyev gecə yatıb gördüyünü səhəri gün doğru kimi cəmiyyətə təqdim etməyə çalışır. Mirəşrəf Fətiyev Dünya Azərbaycanlıları Konqresinin həmsərdi olmaq istəyirdi. Buna nail ola bilmədiyi üçün quruma, qurumun rəhbərlərinə qarşı yalan yağdırmağa başlayıb. Onun yalan dediyini biz sübüt etmişik, sadəcə olaraq, o sərsəmləməkdə davam edir”.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button