Dam örtüyü, ot tayası, maşın yandı…

FHNxural.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 50 kv.m olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanıb. Mağaza və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Zərdab şəhərində vətəndaşa məxsus “QAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Daşkəsən rayonu, Xoşbulaq kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Zərdab rayonu, Çallı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılmış 400 kiloqram ot və evin həyətyanı sahəsinə yığılan 18 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan mağazanın tavanı və içərisində olan ərzaqlar 120 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zaqatala rayonu, Muğanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlaması yanıb. Tövləyə bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 21:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

İsmayıllı rayonu, Kürd Eldarbəyli kəndində (rayon mərkəzindən 38 km aralı) bələdiyyəyə məxsus ərazidə 50 ha biçilmiş taxıl sahəsi yanıb. Ərazidəki elektrik dirəkləri yanğından mühafizə olunub. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Biləsuvar rayonu, Ələt Astara yolunun 140-cı kilometrliyində vətəndaşa məxsus “AzSAMANT” markalı minink avtomobilinin aşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “AzSAMANT” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalan sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 23:00-da başa çatıb.

Şamaxı rayonu, Adnalı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılan 12 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button