Daşnak yaraqlıları Qarabağdakı mövqelərindən çəkilmək istəmir

Dağlıq Qarabağdakı işğalçı qüvvələrin bəzi bölmələri Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında əldə edilmiş razılaşmanın şərtlərinə tabe olmaq istəmir. Avia.pro yazır ki, qondarma “DQR” hərbi rəhbərliyi bu razılaşmaya məhəl qoymamaq niyyətini nümayiş etdirir və onların tabeçiliyindəki bölmələr tutduqları mövqelərdən çəkilməyə hazırlaşmır.

Xatırladaq ki, razılaşmaya əsasən işğalçı qüvvələr noyabrın 15-nədək Kəlbəcəri, 20-nədək Ağdamı və dekabrın 1-nədək Laçını boşaltmalıdır. Həmin qüvvələrin hara geri çəkiləcəyi hələlik aydın deyil. Çünki Dağlıq Qarabağda olan silahlı birləşmələrin bir qismi formal olaraq “dqr müdafiə ordusuna” aiddir. Yəni Kəlbəcərdə və digər iki rayonda mövqe tutmuş erməni işğalçı bölmələrinin Ermənistan ərazilərinin daxilinə, yoxsa Ağdərəyə və ya Dağlıq Qarabağın digər hissələrinə çəkiləcəyi hələlik açıqlanmayıb.

Bundan əvvəl Yerevanda müxalifətin mitinqində “Daşnaksütun” inqilabi federasiyasından deputat Geqam Manukyan elan edib ki, partiyanın nümayəndələrinin formalaşdırdığı və Qarabağa göndərdiyi könüllü dəstələr tutduqları mövqelərdən geri çəkilməyə tələsmir və “istənilən döyüş vəzifəsinin öhdəsindən gəlməyə” hazırdır. Çünki partiya üçtərəfli razılaşma ilə razı deyil.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button