Daşqın Gülməmmədov: “Gürcüstan Baş Prokurorluğu Okruaşviliyə cinayət işi qaldırmalıdır”

«Gürcüstanın eks daxili işlər və müdafiə naziri, həmçinin eks Baş prokuroru İrkali Okruaşvili həyasızcasına, alçaqcasına və heç bir məsuliyyət hissi olmadan davamlı olaraq azərbaycanlıları təhqir edir. Bu, artıq cinayətdir. Gürcüstan Baş prokurorluğu, eks Saakaşvili rejiminin “cəlladına”, Gürcüstan Cinayət Məcəlləsinin 142.1-ci maddəsi (İrqi diskriminasiya) ilə cinayət işi başlamalıdır», xural.com xəbər verir ki, bu barədə mətbuata, İ.Okruaşvilinin azərbaycanlıları təhqir etməsi faktını şərh edən, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri və Gürcüstan Qarapapaq Türkləri Birliyi Rəyasət Heyətinin üzvü Daşqın Gülməmmədov bildirib. Gülməmmədov qeyd edib ki, “ İrakli Okruaşvili azərbaycanlıların ünvanına ana söyüşü işlədib. Onu deyim ki, bütöv bir millətin analarına söyən şəxsin ya anası konkret fahişədir və ya da onun atalarının sayı çox olub. Belə şərəfsizlər öz analarına heç zaman hörmət qoymurlar və eyni zamanda digər analara qarşı ehtiramı olmayacaq.”

Okruaşvili kimdir? Mən bu suala özüm cavab verim: “Saakaşvili rejiminin banditi və cəlladıdır.”

“Mən Gürcüstan Baş prokuroru Şalva Tadumadzeyi İrakli Okruaşvili barəsində Cinayət Məcəlləsinin 142.1-ci maddəsi ilə cinayət işi başlamağa çağırıram. Cənab Baş prokuror, yoxsa siz bu məsələyə göz yumacaqsınız? Əgər Okruaşvili barəsində, bir milləti təhqir etdiyinə görə cinayət işi başlamırsınızsa, demək onun təhqiramiz fikirlərinin hansısa mənada dəstəkləyirsiz” deyə Daşqın Gülməmmədov Gürcüstan Baş prokuroruna səslənmişdir. Gülməmmədov həmçinin qeyd edib ki, yaxın günlərdə özü, Gürcüstan Baş prokuroruna, İ.Okruaşviliyə Gürcüstan CM-nin 142.1-ci (irqi diskriminasiya) maddəsi ilə cinayət işi açılması üçün rəsmi müraciət göndərəcək. Belə təxribatçıları, şovinistləri, faşistləri həbsxananaya salmaq lazımdr, onların yeri həbsxana hücrələridir. Azadlıqda bu tip təxribatçılar milli zəmində münaqişələr yarada bilərlər.

Gürcüstan höküməti isə ayılmalıdır. Okuraşvili kimi faşistlərin provokasiyaları sayəsində milli azlıqlar yaşayan regionlarda ciddi problemlərin formalaşması mümkündür.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button