Daxili İşlər Nazirliyinin qarşısında bomba həyacanı

Mərkəzi Univermağa bomba qoyulduğu xəbəri yayıldı

Bakının mərkəzində yerləşən Mərkəzi Universal Mağazada bomba həyəcanı yaşanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, sentyabrın 19-da naməlum şəxs mobil telefondan “102” xidmətinə zəng edərək, Səbail rayonu ərazisindəki Mərkəzi Universal Mağazasının inzibati binasına bomba qoyulması barədə məlumat verib.

Məlumat daxil olan kimi, ərazidə müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb. Araşdırmalar zamanı yalan məlumatın Şamaxı rayon sakini 16 yaşlı T.V. tərəfindən verilməsi müəyyən edilib. O, saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıb.

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button