DÇ-2022: Braziliya millisi növbəti mərhələyə vəsiqə qazanıb

Yayımlandı: 6 Dekabr 2022 00:57

Onlar 1/4 finalda Xorvatiya ilə qarşılaşacaqlar

Futbol üzrə dünya çempionatında dekabrın 5-də 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Günün ilk oyununda Yaponiya millisi Xorvatiya ilə üz-üzə gəlib. Saat 19:00-da başlayan qarşılaşmada 90 dəqiqə ərzində qalib müəyyənləşməyib – 1:1. Belədə, əlavə yarım saat oynanılib. Əlava vaxtda da qalibin adına aydınlıq gəlməyib. Penaltilər seriyasında isə daha dəqiq olan Xorvatiya yığması mundialın 1/4 fınalına yüksəlib.

Günün son qarşılaşmasında isə Braziliya yığması Cənubi Koreya ilə qarşılaşıb. Saat 23:00-da start götürən matçda cənubi amerikalılar rəqibini böyük hesabla məğlub ediblər. 4:1 hesablı qələbə Braziliyanı DÇ-2022-nin 1/4 finalına çıxarıb. Onlar dekabrın 9-da keçiriləcək 1/4 final oyununda Xorvatiya millisi ilə görüşəcəklər.

Daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıb.

DÇ-2022: 1/8 final

6 dekabr

19:00 Mərakeş – İspaniya (“Edyukeyşn Siti” stadionu)
23:00 Portuqaliya – İsveçrə (“Lusail” stadionu)

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button