“”Delta” və “Delta+” ştammlarının ölkəmizə gəlişi qaçılmazdır” – DEPUTATDAN XƏBƏRDARLIQ

Deputat Rəşad Mahmudov “Delta” və “Delta+” ştammlarının ölkəmizə gəlişinin qaçılmaz olduğunu bildirib:

“Koronavirus kimi RNT viruslarının mutasiya olunması qaçılmazdır. Bu pandemiya dünyada qaldığı sürəcdə biz davamlı olaraq müxtəlif ştammlarla qarşılaşmalı olacağıq. “Delta” və “Delta+” da bu ştammlardan biridir. Əfsuslar olsun ki, digərlərilə müqayisədə ehtimal olunan , yoluxuculuq surəti daha sürətli olan və eləcə də ağırlaşmalara səbəb olması kimi ilkin məlumatlar var. Düzdür, onlar təsdiqini tapmış məlumatlar deyil.

Delta+ Calls for caution, not panic: Virus will mutate. That's its nature. But its spike protein & antigens are being pounded by vaccines

Eləcə də cəmiyyət arasında çaşqınlıq yaradan məsələlərdən biri bəzi vaksinlərin bu ştammlara qarşı effektiv olmamasıdır. Əmin olun ki, bütün bunların heç biri sübuta yetirilməmiş və Dünya Səhiyyə Təşkilatı və eləcə də aparıcı mərkəzlər tərəfindən təsdiqlənməmiş məlumatlardır. Belə bir vəziyyətdən fürsətkeşlik edən bəzi farmasevt şirkətləri bəzən bəlli düşüncələr ortaya qoyaraq insanlar arasında  çaşqınlıq yaradır. Bu tək bizim ölkə üçün deyil, bütün dünya dövlətləri və ictimaiyyəti üçün keçərlidir.

Mən bir həkim kimi onu deyə bilərəm ki, hər bir cəmiyyət əlində olan vaksinlərdən ən effektiv şəkildə istifadə etdikcə, biz bu xəstəliklə mübarizədə uğur qazana bilərik. İstənilən bir dalğa qarşısında, bu gün səhiyyə işçilərinin öyrəndikləri təcrübə ilə birlikdə əsas sıxıntı o zaman ortaya çıxa bilər ki, xəstəxanalarda yataq sayları tamamilə dolduqdan sonra insanlara var olan təcrübəni tətbiq edə bilməyək. Yaxın günlərdə Moskvada rastlaşdığımız mənzərə dediklərimizin göstəricisidir.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button