Demokratiya Üçün Musiqi” Kampaniyasini təşkil edən təşkilatlar Ketrin Eştona müraciət ediblər

“Demokratiya üçün musiqi” kampaniyasının təşkilatçıları Avropa Birliyinin xarici əlaqələr və təhlükəszilik məsələləri üzrə ali komissarı Ketrin Eştona müraciət ediblər.

Bu barədə Turana İnsan Haqqları Klubundan bildiriblər.

Müraciətdə hüquq müdafiəçilərini narahat edən məsələlər vurğulanır və Azərbaycan hakimiyyət nümayəndələri ilə görüşdə Ketrin tərəfindən bu məsələlərin qaldırılması xahiş edilir. Xüsusilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi və qəzetin fəaliyyətinin dayandırılması, gənc fəallar Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin, 2 aprel aksiyasında iştiraka görə azadlıqdan məhrum edilən şəxslərin, hüquq müdafiəçisi Vidadi İskəndərovun və AXCP fəalı Şahin Həsənlinin həbsdə saxlanılması, İslam partiyasının sədri və üzvlərinin azadlqdan məhrum edilməsi, insanların mülkiyyət hüquqlarının pozulması kimi problemlər Eştonun diqqətinə çatdırlıb.

“Demokratiya üçün musiqi” layihəsininin məqsədi “Avroviziya – 2012” mahnı müsabiqəsini Azərbaycanda insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsini təbliğ edən platforma kimi istifadə etmək, demokratik islahatların həyata keçirilməsinə çağırışlar etməkdir. Artıq 20-dən çox Azərbaycan QHT-si bu kampaniyaya qoşulub.

“CONTACT”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button