Deputat: “Azərbaycanda nazirliklərin sayı azaldılmalıdır”

Əli Məsimli

Xural.com-un report.az-a istinadən verdiyi xəbərə görə, bu təkliflə deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edib.

“Azərbaycanda nazirliklərin sayı çoxdur. Hazırda ölkədə 20 nazirlik var. Bu məsələ islahatlara ciddi maneçilik göstərən amillərdən olacaq. Nazirliklərin sayının 15-ə kimi azaldılması islahatların genişlənməsinə imkanlar aça bilər”, – deyə millət vəkili qeyd edib.

Həmçinin, Ə.Məsimli çıxışı zamanı indiki zamanda regionların potensialından istifadənin vacibliyinə də diqqət çəkib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button