Deputat: “Bəzi məmurlar büdcə pullarını xımır-xımır yeyir”

“Biz o vaxt xahiş etdik ki, büdcədən oğurluq edən məmurlar barədə məlumat verilsin. Bəzi məmurlar bu gün də büdcə pullarını xımır-xımır yeyir”.

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, insanların 90 faizi icbari tibbi sığortadan narazıdır: “Deputatlar var ki, bununla bağlı da müraciət ediblər. Ancaq onlara da bu narazılıqla bağlı cavab verilməyib”.

Xatırladaq ki, deputat Rüfət Quliyevin adı bir çox qalmaqallarda xatırladılır. Ən əsası isə Azərbaycanda siqaret monopoliyasını əlində saxlayan “European Tobacco-Baku” şirkətinin sahibi olmasıdır. 2000-ci ildə keçmiş Bakı Tütün Fabrikinin əsasında yaradılan bu şirkət ucu-bucağı görünməyən binaya sahibdir. Bu fabrik binasında çox ciddi istehsalat prosesinin getdiyini düşünmək lazım deyil. Çünki mətbuatda aparılan araşdırmalardan məlum olur ki, arxasında Araz Ağlarovun dayandığı tütün monopoliyasının əsl işi xaricdən hazır məhsul gətirib, bu fabrikdə paketləşdirməkdən ibarətdir. Başqa təbirlə desək, bu böyüklükdə binanın işini əslində adi sexlə də əvəzləmək mümkündür. 

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button