Deputat Cavanşir Feyziyevin oğluyla bağlı şok iddia…

İqtisadçı-ekspert Natiq Cəfərli deputat Cavanşir Feyziyevin oğluyla bağlı şok iddia irəli sürüb:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildir fəaliyyətə başlayıb, pilot layihələr icra edib, amma bununla bağlı normal məlumatlar yaymayıb. Qurumun fəaliyyəti ilə bağlı ciddi suallar var, əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, agentlikdən razılıq etsin.İndi də məlum olur ki, agetlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb. Müqavilənin dəyəri 1 mln. 176 min manatdır. Yəni agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada.

Məsələnin maraqlı tərəfi odur ki, həmin obyektin sahibi gənc bir insandır – Orxan Feyziyev. Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, o, deputat Cavanşir Feyziyevin oğludur. Bu da Azərbaycan fenomenidir. Bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderlər udurlar, bu “sirri” şotland elm adamları da çözə bilməz”, – deyə ekspert əlavə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button