Deputat Etibar Əliyev: “Mən bu adama başa sala bilmirəm ki…”

“Jurnalist Ev”lərinin ətrafında yaranan olaylar səngimək bilmir. Bu arada deputat Etibar Əliyevin mətbuatda fikirləri açıqlanıb.

Sitat: ““Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Vüqar Səfərli ilə birgə etdiyi maxinasiyaları kənara qoyub, mənim söylədiyim “qızına ev alıb” fikrimlə bağlı təhdidlərə başlayıb. Mən bu adama başa sala bilmirəm ki, “Jurnalistlərin binası”ndan öz adına aldığı evi qızına verib, bu o deməkdir ki, bunu məqsədli şəkildə edib. İndi başa sala bildim səni; aldığın evi qızına veribsən. İkincisi, bir evi bacısı oğlu Tahir Tağıyevə alıb. Üçüncüsü, dəhşətdir. Sürücüsü, qardaşı oğlu Namiq Quliyevə 4 otaqlı mənzil alıb. Namiqə qəzetdə başqa bir vəzifə də veribmiş. Gecə qəzeti çapa aparmaq vəzifəsini. Sonra bu evi onun əlindən alıb. Diqqət edin: şəhərdə bir neçə evi olan Aydın Quliyev bəy, Vüqar Səfərovla birləşib hansı işləri görürmüş. Bu adam Qəzetin payına düşən 5 evdən 3 evi qamarlayıb. KİVDF son 3-4 ildə bu divar qəzetinə hər il 240.000 manat pul ayırıb. Bu pulların haraya xərclənməsinin təftişi aparılıbmı?indi məni təhdid edən Aydın Quliyev jurnalistikaya heç bir aidiyyatı olmayan kürəkəninin (Nahid Salayev) adına yazılar yazır ki, onun da adını siyahıya saldırıb, ev alsın.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button