Rubrikalar: GÜNDƏM İQTİSADİYYAT XuralTAC

Deputat Fətiyevin biznes imperiyası qitələr tanımır

“Deputat Xanlar Fətiyevin Özbəkistana, oradan uzaq Avstraliyaya kimi uzanan şirkətlərini də siyahıya daxil etsək, o qitələr tanımayan oliqarx kimi bir “dünya imperatoru”dur”.

Bu fikirlər araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Azərbaycan parlamentinin oliqarx üzvlərindən biri olan Xanlar Fətiyevin biznesi ilə bağlı növbəti yazısından götürülüb. “AzPolitika.info”-nun məlumatına görə, həmin yazıda daha sonra bildirilir:

Ötən yazımda Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun rəhbəri (O, həm də Gəncə Avtomobil Zavodunun rəhbəridir), oliqarx deputat Xanlar Fətiyevin Azərbaycandan Gürcüstana, Gürcüstandan Belarusa, Belarusdan Almaniyaya uzanan çoxşaxəli, “qərbyönümlü” biznes imperiyası barədə yazmışdım. Yazmışdım ki, bu, hələ hamısı deyil.  Bəli, hamısı deyil, çünki həm də Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəri olan cənab Fətiyevin Özbəkistana,oradan uzaq Avstraliyaya kimi uzanan şirkətlərini də siyahıya daxil etsək, o, qitələr tanımayan oliqarx kimi bir “dünya imperatoru”dur.

Özbəkistan paytaxtında oliqarxa məxsus AZNUR şirkəti, Avropada olduğu kimi, avtomobil icarəsi biznesi və turizm sahəsində fəaliyyət göstərir.

Avstraliyanın paytaxtı Kanberradakı AZNUR PTY LTD şirkəti də eyni biznes sahəsi ilə məşğuldur.
AZNUR PTY LTD 2010-cu il yanvarın 15-də OZMOTO EVENTS PTY LTD adı ilə Qərbi Avstraliyada, MOUNT LAWLEY-də qeydiyyata ( qeydiyyat nömrəsi: 141510812) alınıb.
2011-ci il martın 22-də şirkətin adı AZNUR PTY LTD olaraq dəyişdirilib və yenidən qeydiyyatdan keçirilib. Şirkət 2016-cı il oktyabrın 1-dən 402/189 Kent Street, Sydney, NSW 2000 ünvanında 105 kv metrlik ofisdə fəaliyyət göstərir. Ofis 3 illiyinə AIHL PROPERTIES AUSTRALIA PTY LIMITED şirkətindən 55650 dollara icarəyə götürülüb”.

FƏTİYEVİN MOSKVADAKI “KOMPAS”I…

Jurnalistin yazdığına görə, Xanlar Fətiyevin biznes imperiyası Özbəkistanla da yekunlaşmır: “Oliqarx deputat Xanlar Fətiyevin ölkə xaricindəki biznes şəbəkəsinin bir qolu da Moskvadadır. Rusiya paytaxtında fəaliyyət göstərən “Kompas Ticarət Evi” Məhdud Məsuliyyətli Cəmiyyəti (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “ТОРГОВЫЙ ДОМ КОМПАС”) 2017-ci il iyunun 13-də 15979805 saylı lisenziya ilə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Moskva şəhəri, Komsomolskiy prospekt 41/57 göstərilir. Nizamnamə kapitalı 10 000 rubl olan şirkətin 70 faizi Rusiya vətəndaşı Vadim Qulamov Adil oğluna, 30 faizi isə Fətiyevin Belarusda avtomobillərin icarəsi ilə məşğul olan AZNUR MMC-sinə məxsusdur.

2017-ci il maliyyə sənədlərinə görə, yarım ili 7.8 milyon rubl gəlirlə başa vurub. Şirkət ticarət, o cümlədən avtomobil hissələrinin, mebellərin, geyim, məişət avadanlıqlarının və tikinti materiallarının topdan satışı sahəsində fəaliyyət göstərir.


Dəqiqləşdirilməmiş məlumata görə Moskvada sahəsi 7208 kv metrlik “Kompas” Ticarət Evi Fətiyevin hissədarı olduğu şirkətin mülkiyyətindədir. Ticarət mərkəzi hazırda Rusiyanın iri daşınmaz əmlak şirkətləri vasitəsilə satışa çıxarılıb”.

FƏTİYEV AVSTRALİYALI DEPUTATLARI TORA SALIB?

Jurnalistin iddiasına görə, Xanlar Fətiyevin və onun Avstraliyada sahib olduğu AZNUR PTY LTD şirkətinin adı Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında yaranmış xoşagəlməz qalmaqalla bağlı hesabatlarda çəkilir: “Hər şey Avstraliya parlamentinin Azərbaycanla bağlı işçi qrupunun Liberal Partiyadan olan üzvü cənab Craig Kelly-nin 2016-cı ildə Azərbaycanda keçirilən referendumdan sonra öz facebook hesabında “Avstraliya seçkini Azərbaycandan öyrənməlidir” fikrini ifadə etməsindən sonra başladı.

Tənqidlər bir yana, Avstraliya parlamentinin Nümayəndələr Palatası Kelly və 2018-ci ildə Azərbaycandakı prezident seçkilərini müşahidəçi olaraq izləmiş digər deputatlarla bağlı araşdırmalar aparıb.

Nümayəndələr Palatasının yekun hesabatlarına görə, Avstraliyanın 45-ci çağırış parlamentinin üzvləri Craig Kelly, Milton Dick, Maria Vamvakinou, Concetta Fierravanti-Wells və Steve Georganas 2018-ci il aprelin 6-dan 13-nə qədər Bakıda səfərdə olarkən, bütün xərclər (təyyarə biletləri, otel və yemək) Azərbaycan hökuməti adından Fətiyevə məxsus AZNUR PTY LTD tərəfindən ödənilib.

Üstəlik, hesabatlarda qeyd olunur ki, həmin şəxslərə rüşvət olaraq Xanlar Fətiyev və Azərbaycanın bu ölkədəki fəxri konsulu Aydan Rzayeva tərəfindən hədiyyələr, bahalı xalçalar verilib. Məsələn, Xanlar Fətiyevin senator Concetta Fierravanti-Wells-ə təqdim etdiyi xalça 1876 dollar dəyərində qiymətləndirilib.

Bu hesabatdan sonra Avstraliyada Azərbaycanla bağlı hansı təsəvvürlərin formalaşdığını deməyə ehtiyac yoxdur. Avstraliyadakı erməni lobbisi aylardan bəri bu hesabatlardan Azərbaycana qarşı ciddi şəkildə istifadə edir…

Sənədlərlə bağlı Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun üzvü, deputat Asim Mollazadənin fikirlərini öyrənməyə çalışdım. Amma cənab Mollazadə münasibət bildirməyərək, susmağa üstünlük verdi”.

Yazıdakı iddialarla bağlı Xanlar Fətiyevin də mövqeyini işıqlandırmağa hazırıq.

Paylaş:

Son Əlavələr

  • CƏMİYYƏT
  • SİYASƏT
  • XuralTAC

AMİP 11 dairə üzrə namizədlərini müəyyənləşdirdi-SİYAHI

Bu gün AMİP Siyasi Şurasının iclası keçirilib. Partiyadan Strateq.az-a verilən məlumata görə, iclasda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası…

15 Dekabr 2019
  • ARAŞDIRMA
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

Sevil Nuriyeva yazır: “Bir-birinə oxşayan İran və İsrail”

Sevil Nuriyeva İsmayılov snuriyeva@stargazete.com İstanbul, “Star” qəzeti   İsrail Savunma Bakanı Bennett, İran'a atıfta bulunarak "savunmadan, saldırıya geçmemiz icap eder"…

15 Dekabr 2019
  • SİYASƏT
  • XuralTAC

MSK BAXCP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb-Adlar

Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə…

15 Dekabr 2019
  • SİYASƏT
  • XuralTAC

Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələri qeydə alındı-MSK-dan qərar

Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak üçün Böyük Quruluş Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə…

15 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

“Üçüncü mikrorayon bazarı” yandı

Hazırda yanğınsöndürmə işləri davam etdirilir Dekabrın 14-də paytaxtın Nəsimi rayonundakı “3-cü mikrorayon bazarı”nda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata…

15 Dekabr 2019
  • CƏMİYYƏT
  • SİYASƏT
  • XuralTAC

AMİP seçkilərə gedir, Azad Demokratlar isə yox

Partiyanın Ali Məcliai seçkilərdə iştirakı məqsədəuyğun saymayıb Dekabrın 14-də iki partiya gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı qərarlarını aşçqlayıb.…

15 Dekabr 2019
Xural.COM