Deputat haray çəkdi

"Ölkədə ƏDALƏTİ işğaldan azad etməliyik!"

“Biz torpaqları işğaldan azad etdik, böyük zəfər qazandıq. İndi isə savaşdan sonrakı dövrün əvvəlkindən fərqini göstərə bilməsək insanlarımızı xoşbəxt görə bilməyəcəyik”.

Xural.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa bildirib.

“Demək torpağı işğaldan azad etdyimiz qətiyyətlə də ölkədə ƏDALƏTİ işğaldan azad etməliyik. Ədalət deyəndə yalnız məhkəmə ədalətindən söhbət getmir. Həyatımızın bütün sahələrində ədalətsizliyin ortadan qaldırılmasından söhbət gedir. Əhalinin rifahı yüksəlmədikcə, korrupsiyaya, inhisarçılığa, imtiyazçılığa son qoyulmadıqca, ədalətə inam da bərpa olunmayacaq”, – deyə deputat vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxuyun
Close
Back to top button