Deputat məmurları topa tutdu: “Bu qəddarlıq, nadanlıq, xırdaçılıqdır”

“Dostlar, bizim bəzi keçmişini unudan vəzifəlilərin idarəetmədə bir neçə rusvayçı üsulu bir vətəndaş kimi məni də narahat edir.” Azinforum.az xəbər verir ki, bunu millət vəkili Adil Əliyev öz “Facebook” statusunda qeyd edib.

O, qeyd edib ki, birincisi, əvvəlcədən xəbərdarlıq etmədən işçini işdən qovmaq – qəddarlıqdır.

“İkincisi, işçi ilə prinsip aparmaq – nadanlıq, üçüncüsü, işçinin əməkhaqqısını ödəyəndə xəsislik etmək – xırdaçılıqdır.

Dostlar, iş yerlərində ayıq-sayıq olun ki, bu kimi haqsızlıqlarla rastlaşmayasınız. Çünki ixtisarlar gedən bir vaxtda, iş tapmaq çətindir.

Allah özu millətimizin köməyi olsun”– deyə, o, daha sonra qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button