Deputat Nağıyev BNA-nın Azərbaycan Ordusuna dəstəyi haqda

“Tovuzda Azərbaycan Ermənistan sərhəddində son düşmən təxribatı zamanı bir daha xalq-dövlət, xalq-ordu birliyinin nə qədər möhkəm və sarsılmaz,vacib olduğunun şahidi olduq. Sıravi vətəndaşlardan tutmuş müxtəlif təşkilatlara qədər Orduya, əsgərə dəstək olmaq üçün əllərindən gələni edirdilər”.

Virtualaz.org bildirir ki, bunu millət vəkili Arzu Nağıyev öz Facebook səhifəsində yazıb.

Deputat qeyd edib ki, bu təşkilatlardan biri də Bakı Nəqliyyat Agentliyidir (BNA): “Agentlik bu həssas dönəmdə qısa vaxt kəsimində 2 yük avtomobili karvanı olmaqla 31 TIR-la 13 mindən artıq təkəri cəbhə xəttinə yola salıb. Bu təkərlərin müdafiənin təşkili baxımından necə əvəzsiz bir material olduğunu mütəxəssislər yaxşı bilirlər, onlar hərbiçilərimizi düşmən gülləsindən qoruyacaq”,-deyə A.Nağıyev vurğulayıb.

Deputat Orduya göstərdikləri dəstəyə görə Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimliyə və kollektivin bütün üzvlərinə minnətdarlığını bildirib…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button