Rubrikalar: GÜNDƏM XuralTAC

Deputat oğlunun işi: Xaricdən ucuz alıb, SOCAR-a baha satırmış

”Siz dövlət qulluqçusu ola-ola bizneslə məşğul olmusuz”

Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovun adının hallandığı dələduzluq işi ilə bağlı məhkəmə avqustun 20-də davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Vergilər Nazirliyinin keçmiş əməkdaşı Anar Surxayzadə ifadə verib. O, təqsirləndirilən Elnur İbrahimovun (deputatın oğlu Həbib Axundovun dostu) katric biznesilə məşğul olduğunu bilirib.

Artıq nazirlikdə işləmədiyini, müqaviləsinə xitam verildiyini deyən, A.Surxayzadənin sözlərinə görə, özü də Elnura 140 min manat pul verib. Onun 90 mini hələ də qaytarılmayıb. Ona görə də özünü şahid yox, zərərçəkmiş hesab edir:

“Qazancdan 5-10 faiz mənə verəcəkdi. Elnuru dostum Anar Babayev vasitəsilə tanımışam. O da Elnura pul vermişdi. Bir müddət faizləri ödədi, sonra dayandı”.

A.Surxayzadə pulu qaytarılmayan digər şəxslər kimi Elnurdan hüquq-mühafizə orqanlarına şikayət etməyib:

“Çünki onsuz da pulumu ala bilməyəcəkdim”.

Məhkəmədə A.Surxayzadənin istintaqa ifadəsi elan olunub. Həmin ifadədə deyir ki, Elnur kartricləri xaricdən alıb, SOCAR-a baha satırdı. Sonra isə yenə SOCAR-dan ucuz qiymətə çıxarıb, bu dəfə başqa yerə satırdı”.

Məhkəmədə o da üzə çıxıb ki, A.Surxayzadə vergi orqanında işlədiyi müddətdə E.İbrahimovun evini öz adına keçirib və daha sonra sataraq pulu Xalid adlı şəxsə verib:

“Siz dövlət qulluqçusu ola-ola bizneslə məşğul olmusuz. Bu da qanunla qadağandır. Sizin bu əməlinizə məhkəmə hüquqi qiymət verəcək”.

Əlavə şahid qismində məhkəmədə SOCAR-ın əməkdaşı Murad Mehdiyev dindirilib. O, pul aldığını etiraf etsə də, dəqiq məbləği bilmədiyini deyib: “Almışam da, qaytarmışam da”.

Şahid Anar Babayev isə məhkəməyə gəlmədiyindən onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

E.İbrahimov müxtəlif adamlardan biznes qurmaq adıyla ümumilikdə bir milyondan çox pulu alıb, onları aldatmaqda təqsirləndirilir. Ona qarşı CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham irəli sürülüb.

Deputatın oğlu Həbib Axundov da dostu haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

Lakin pulları mənimsənilən digər zərərçəkmişlər baş verənlərə görə H.Axundovun özünü ittiham edirlər. Bildirirlər ki, təqsirləndirilən şəxslə deputat oğlu dost olub.

Onları bu işə H.Axundov qoşub, pulların da bir qismini ona veriblər.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Mahmudovun ailəsinə miras qoyan Aslan Aşurov kimdir?

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Anar və Nərgizin adına Böyük Britaniyada 100 milyon avroluq biznes və 19…

2 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Eldar Mahmudova 100 milyon funt sterlinq kimdən “miras” qalıb?”-VİDEO

1 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

2 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

İlham İsmayıl “Siyasət meydanı”nda: “Milli Məclisə Qarabağdan danışmaq qadağan olundu!”-VİDEO

1 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
Xural.COM