DEPUTAT ÖZÜNÜ BİABIR ETDİ! – “Mən İspaniyanı “Real Madrid” kimi görürəm”(Yenilənib)

Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçiriləcək Dünya Çempionatında İspaniyanın “Real Madrid” klubuna azarkeşlik edəcəyi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.  Modern.az-ın əməkdaşı açıqlamadakı yanlışlığa aydınlıq gətirməsi üçün Azər Badamovla əlaqə saxlayıb.

Deputat bu dəfə də futbolu yaxşı bilmədiyini nümayiş etdirib.  O bildirib ki, bu gün İspaniya yığmasının tərkibində oynayanlar “Real Madrid”in futbolçularıdır: “Ona görə də mən dedim ki, favoritim “Real Madrid”dir. İnsanlar da götürüb bundan sensasiya yaradırlar. Burda qeyri-adi bir şey yoxdu axı. İspaniyanın “Barselona” komandasının tərkibində oynayanlar da “Real Madrid”in futbolçularıdır. “Real Madrid”in oyunçuları orada təmsil olunur”.

Azər Badamov deyib ki, “Real Madrid” İspaniyanın komandasıdır:  “Mən İspaniyanı “Real Madrid” kimi görürəm. Ona görə  demişəm ki, “Real Madrid” mənim favoritimdir”.

***
27b5fafe-44fe-4887-9179-0469098bfc73Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçiriləcək dünya çempionatında İspaniyanın “Real Madrid” klubuna azarkeşlik edəcək.

Bu barədə 50 yaşlı millət vəkilinin özü “Report”un sorğusuna cavab olaraq bildirib. O deyib ki, mundialın qalibi Real Madrid” olacaq: “Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Amma bu, artıq sürpriz olar”.

Badamov idmanla əlaqəli şəxs – Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü olmasına baxmayaraq, dünya çempionatında klubların deyil, ölkə yığmalarının mübarizə apardıqlarını bilməyib.

Qeyd edək ki, Azər Badamov 51 saylı Qusar seçki dairəsindən deputat seçilib. Yeni Azərbaycan Partiyasının üzvü olan Badamov Milli Məclisin Regional Məsələlər, Gənclər və İdman komitələrinin, Avstraliya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya və İsveç parlamentlərarası işçi qrupun üzvü, Azərbaycan-Çili parlamentlərarası dostluq qrupun rəhbəridir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button