Deputat Rəşad Mahmudov Astaranın su və yol problemi ilə bağlı çağırış etdi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Rəşad Mahmudov seçildiyi Astara rayonunun su problemindən danışıb.

Deputat bildirib ki, bu istiqamətdə bəzi addımlar atılsa da, problemin aradan qaldırılması üçün ciddi addımların atılmasına ehtiyac var. Deputat Lənkəran və Astara arasındakı magistral yolun keyfiyyətsizliyindən də danışıb.

Onun sözlərinə görə, bunu rayona gələn qonaqlar da təsdiqləyə bilər. Millət vəkili vaxtilə İpək Yolu olaraq çəkilən yolun bu hissəsinin keçilməz vəziyyətə düşməsindən narahatlığını bildirib əlaqədar qurumları hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, Prezidentin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində hələ 2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanılıb. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə rayonda 73 min nəfərin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 102 min sakin faydalanmalıdır. Astara, Lənkəran şəhərləri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Xanbulan su anbarı seçilib. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su anbarının yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr və ya saniyədə 347 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. 2013-cü ildən etibarən bu mənbə hesabına Lənkəran şəhəri və 5 kənd, 2017-ci ildən isə magistral kəmər boyunca yerləşən 15 kənd keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunmalı idi.

Layihənin həyata keçirilməsinə 6 il əvvəldən başlasa da çox təssüf ki, hələ də Astaranın su probleminin aradan qaldırılması üçün müvafiq orqanlar lazımi tədbirləri görməyiblər. 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button