Deputat Ramiz Mehdiyevlə işlədiyini, istədiyi işi ATƏT və AŞ-na apardığını, prezidentin imzaladığı siyahıdan ad pozdurub, yenisini əlavə etdiyini etiraf etdi

26.09.2012

(Videogörüntünün stenoqramı)

Gülər Əhmədova “Pulu mən istəyirəm. Bax, mən – Gülər Əhmədova. Verirsən eləyirəm, vermirsən özün bilərsən.”

Elşad Abdullayev “Mən sözümün yiyəsiyəm. Mən zarafat eləmirəm.”

 

Hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Strasburqda yaşayan rektoru Elşad Abdullayev millət vəkili Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Telman qızı Babayeva ilə bağlı video material yayıb.

Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib. Videonun stenoqramını oxuculara təqdim edirik.

G.Ə. – Seva konkret müəyyənləşdir, bu gün mənə tam məlumat ver

S.- Qərar verəcəyik, indi qərar verəcəyik

G.Ə. – Mən gedirəm, siz özünüz qərarlaşdırın, qaynananı da sonra çağırarsınız…

E.A.- Cənab qaynana, baxın məsələ nə yerdədir…

G.Ə.- Xanım qaynana. Hamı mənə cənab deyir, amma mən xanım qaynanayam

E.A. – Siz mənə dediniz ki, 500 min, mən də 500 min verdim də…

G.Ə. – 500 min olanda sən gəlmədün, sən bizi saymadun

E.A. – Niyə ki? Niyə saymadım.

G.Ə. – Elə… Dedin ki, mən başqa adamla işləyirəm. Sən gəldin 500-lə? Bu gəldi mənə dedi ki, bu səninlə görüşmək istəmir, başqa adamla işini görür.

E.A. – O 500 dedi, mən də o 500 mini verdim də..

G.Ə.- Xeyir. Bu əvvəl elə idi. Sonra da gəlib mənə dedi ki, indi gəlir…

E.A. – 500 dediniz, 500 də verdim də… Gedib, Ramiz müəllimin özünə də deyə bilərsiniz. Mən bu günə qədər…

G.Ə. – Ə… Ramiz müəllimə vermirəm ey, özüm üçün alıram. Bax özümün qiymətim budur, başa düşdün? Priçom tut Ramiz müəllim, özüm alıram. İstəyirsən eləyirəm, istəmirsən eləmirəm. Konkret…

E.A. – Siz mənə 500 dediniz, mən də 500 gətirdim. Siz mənə artıq deməmisiniz axı…

G.Ə. – Bura bax. Mən indi demirəm o qiyməti, maşından düşəndə demişəm. Mən o maşına minəndə sözümü deyib düşmüşəm.

S. – Mən hətta dedim, sonra olar? Dedi, olmaz! 5 də gəlməlidir.

G.Ə. – Ramiz müəllimə-zada da heç nə verən deyiləm. O pul-zad da alan deyil. Ramiz müəllimə də rüşvət-filan 1 manat da olsun heç kəs verməyib. Pulu mən istəyirəm. Bax, mən – Gülər Əhmədova. Verirsən eləyirəm, vermirsən özün bilərsən. Mən sənin üçün … deyiləm, adam oğurlamıram. Sən məndən xahiş etmisən ki, bu işi düzəlt.

S. – 500 bilirsən, nə vaxt idi? O vaxt mən sənə deyəndə. Uje 500-dən keçdi. İndi 7 gün qalıb..

G.Ə. – Sən nə danışırsan, ay qardaş, mən gedib, camaatın prezidentdən keçən siyahısını podurmuşam. Sən bununla oynayırsan, belə şeylərlə, HƏ?

E.A. – Mən oynamıram, axı. Siz mənə dediniz ki, 500, mən də onu gətirdim.

G.Ə. – Yox, mən sən heç nə deməmişəm. Mən əvvəldən bu kişinin qızına demişdim, bu kişinin qızı da gəlib mənə dedi ki. bu səninlə işləmir. Adamı var.

E.A. – Mənim orda 30 faiz seçicilərim var idi…

G.Ə. – Yox məni seçicilər seçiblər. Ihı, ıhı… O qədər deputat olmaq istəyən var ki, seçicilərlə…

E.A. – Vallah mənim o qədər işim var ki, deputatlığa da ehtiyacım yoxdur. Sadəcə camaat istəmişdi, aparmışdım.

G.Ə. – Əzizim, mənə sənə qardaş kimi deyirəm. İstəyirsən?

E.A. – Ay qaynana, vəziyyət belədür də…

G.Ə. – Qaynananın sözü belədir. Sən qaynananı pis tanıyırsan. Qaynananın xasiyyətini bilmirsən. Qaynananın yek kəlməsi var.

S. – Ola bilər, bunu da qısnayıblar. 1 ayda çox şeylər dəyişib…

E.A. – Mən başa düşə bilmirəm ki, sən niyə məni qısnayırsan?

S. – Deyiblər də… Artıq deyiblər ki, gecdir. GECDİR, gecdir!!!

G.Ə. – Bura bax, qardaş sənə görə o boyda siyahını başdan eləmişik. Belə şylərlə zarafat eləməyə öyrəşməmişəm, ey…

E.A. – Mən sözümün yiyəsiyəm. Mən zarafat eləmirəm.

G.Ə. – Bura bax, qulaq as… Sənin adını siyahıdan pozdurmuşdular.

E.A. – Nə olsun ey, pozdurublar?

G.Ə.- Nə olsun, deyir, ey.

E.A. – Bura baxın, iki dəfə vermişəm, keçməmişəm. Düzdür, qardaş.

G.Ə. – Mən sənə zorla demirəm ki? Mənim səninlə zorum yoxdur ki? Özün bilərsən, istəmirsən, istəmə..

E.A. – … Bu gün də bir iş düşüb, düzəltmişəm 250 min qalıb. İmkan verin düzəldim də…

G.Ə. – Yaxşı o qədər işin varsa, onda burda nə bazar açırsan? Başa düşə bilmirəm, səni?

E.A.- Yox ey, nə bazar açıram? Siz mənə nə demisiniz, mən də onu eləmişəm də…

G.Ə. – Mən sənə heç nə deməmişəm…

S. – O vaxt idi 500, indi gecikib, yoxdur 500…

E.A. – Lap tutalım gecikib. Sən mənə 500 dedin, mən də sənə 500 verdim də…

G.Ə. – Ay qardaş, 4 ay bundan qabaq bu 500 deyilmişdi.

S. – Əvvəl 500-dən də az idi, sonra oldu 500, 4 ay bundan qabaq 300 idi, sonra da oldu 500…

E.A. – Ay sağ ol. Siz mənə 500 dediniz, mən də 500 verdim.

S.- Gecikmisən də, ona görə düzəltmək lazımdır, üstünü..

G.Ə.- Seva mən gedirəm, özün danışarsan, nə qərar çıxarırsan deyərsən.

E.A. – Gülər xanım, axı bu söhbət deyil, deyirsiz mən getdim. Mən sizinlə burada iş görürəm. Bir manat deyil, iki manat deyil. Siz indi gəlib mənə deyirsiz ki, üstünü düzəlt?

G.Ə. – Ay kişinin oğlu, sən mənim gücümü gördün? Gördün, bir gecənin içində, həll elədim, qoydum, gəldim. Sən indi mənimlə nəyi danışırsan ki?

E.A. – Otur 2 dəqiqə öhbət eləyək, işə də aydınlıq gətirək.

Səslər qarışır.

E.A.- Bu mənə nə deyib, onu da gətirdim, verdim.

G.Ə. – Seva ya tebe vsyo obyasnila? Maşından düşəndə mən sənə “bir” dedim? Niyə buna yarısını demisən?

S.- Mən dedim, sonra verər də… Komissiya olar, sonra…

G.Ə. – Mən komissiya söhbətini danışmışdım, səninlə?

S. – Net, net. Ya podumala çto, potom.

G.Ə. – Ağə, potom söhbəti yoxdur ey, birdə gördün çıxdı getdi.

E.A. – Ay Gülər xanım, Bu mənə, balamın canı, 500 demişdi, 500 də vermişəm.

S. – Düzdür də, düzdür. Amma sonra da dedi ki, gecdir. GECDİR!

E.A. – Niyə gec olur, ey, qaçaqaçdır, bəyəm? Nə deyib onu da eləmişik də…

Gülər Əhmədova ayaq üstündən stolun baş kürsüsünə yaxınlaşıb, əyləşir.

G.Ə.-  Bir də deyirəm, axırıncə dəfə deyirəm. Seva birinci dəfə mənə bu söhbəti deyəndə, demişəm ki, Seva 500 gətir, mən bu məsələni həll eləyim. Özü də burdadır. Nə vaxt olub?

S. – Təxminən 2-3 ay bundan qabaq.

G.Ə. – Getdi-gəldi dedi: “net. O səninlə görüşmək istəmir.” Mən açıq danışıram. Kimin xoşuna gəlir-gəlsin, kimin xoşuna gəlmir, gəlməsin.

E.A. – İş söhbəti eləyirik də… Xoşa gəlir gəlsin, gəlmir də gəlməsin..

G.Ə. – Mənim də haqqımda o qədər söz olur ki… Səhər Nadir dostumuz var, o mənə zəng vurub deyir ki, bir dənə adam var, deyiblər o onun qardaşıdır. Deyirəm, sənin başın xarabdır? Mənim 2 qardaşım var – biri budur, biri də odur. Halbuki bunun əleyhinə işləyən adamdır. Axırı hirsləndim, dedim, p…x yeyir… Səhər-səhər p…x yedirdim ona…  Mənim razborkalarda-zadda stajım çoxdur. Sən 2 ildir qardaşını tapa bilmirsən, mən 2 ayda tapardım, onu, mənə desəydin. Söhbət ondan gedir ki, bu adam gəlib mənə onu deyəndə, mən dedim ki, Seva, gəlsin mənimlə görşsün, pulu da götürək, mən bu məsləni həll eləyəcəm. Amma mənimlə görüşsün, çünki mənim bu adamla görüşəcəyim sözlər var. Bu siyasətdir. Burada nala-mıxa vurmaq olmaz. Alverdə nala-mıxa vura bilərsən, amma bu siyasətdə nala-mıxa vurmaq olmaz.  Bunun cəzası çox böyük olur. Əli İnsanov kimi, Fərhad kimi adamların cəzasını gördük. Onlardan nə sən artıq deyilən, nə də mən. Nə sənin pulun onların pulundan artıq deyil, nə də mənim pulum, onların pulundan artıq deyil. Mən də bu işə gedirəmsə, sənə görə məsuliyyət daşıyıram, mənim qardaşım. Sənin getdiyin yolun yarıdan çoxunun məsuliyyəti mənim boynumadır. Mən bu məsuliyyəti üzərimə götürürəmsə, səhər sənin harada dönəcəyini mən bilməliyəm. Və bilməliyəm ki, dönməyəcəksən. Mən bunları bilməliyəm. Bu zarafat söhbət deyil. Bu məsələdə zarafat da mmkün deyil. Siyasi məsələdir, hakimiyyət məsələsidir.

S. – Dövlət məsələsində də Ramiz ….

G.Ə. – O vaxt da gəldi Seva mənə dedi ki, – Seva bağışla da mən açıq danışmaq istəyirəm – sənin haqqında ona nə anışıblarsa, deyir ki, yox o yaxşı adam deyil. Mən onunla görüşmək istəmirəm. Başqa adamlarla da işini görəcək. Dedim, lap yaxşı. Qoy getsin kiminlə görür, görsün. Allah xeyrini versin. Oldu, Seva belə bir şey?

– Oldu.

– Dedim, Allah xeyrini versin?

– Dedin.

E.A.- Sevinc mənə dedi ki, Gülər Ramizin qızı ilə danışıb. Mən də dedim ki, mən Ramiz müəllimin qızının ərinin elmi rəhbəri olmuşam, yurfaktda.

G.Ə.- Ay qardaş, mən nə Ramiz müəllimin qızını tanıyıram, nə qızının ərini tanıyıram…

E.A. – Amma Sevinc xanım mənə dedi ki, Ramiz müəllimin qızı həll eləyir bu məsələni..

G.Ə. – Sevinc xanım, nə deyir, özü bilər. Mən ona otveçat deyiləm

E.A. – Mənə elə deyib də…. Deyib, Ramiz müəllimin qızının…

G.Ə. – Ə bilirsən, nə var? Burda heç kimin adını çəkmək lazım deyil, ey.

E.A. – Burda kim var ki? Mən bilməliyəm də..

– Sən heç nə bilməli deyilsən…

– Bəs, burada bu boyda iş görülür, mən bilməliyəm ki, kimin əli ilə görünür?

– Sənin işini bəs mən görmədim?

S. – Sənin işini görür də..

E.A. – Belə iş görmək, olar. Dünən 500 almısan, bu gün deyirsən ki, 500 də gətir.

G.Ə. – Mən sənə heç vaxt elə söz deməmişəm, mənim qardaşım. Mən sənə qiymət demişəm?

E.A. – Seva dedi də mənə o qiyməti…

G.Ə. – Mən o qiyməti maşından düşəndə Sevaya “bir” demişəm.

E.A. – Sevinc xanım da mənə 500 deyib də… Allaha and olsun 500 deyib.

G.Ə. – Seva mən sənə 500 demişəm? Mən sənə maşından düşəndə “bir” demədim?

S: – Da…da…da…

G.Ə. – Sən mənə demədin ki, bu kişiyə deyiblər, gəl dala götür?

S. – Dedilər.

G.Ə. – Mən də demədim ki, narahat olmasın?

– Hə.

E.A. – Bilirsən, nə vaxt dedilər? Sizinlə görüşəndən sonra mənə dedilər… Öldürürdüm, bunu…

S.- Düz deyir. O listdən çıxanda dedilər ki, gəl dala götür.

G.Ə. – Mən dedim ki, gəl dala götür?

– Yox… yox…

E.A. – Səhəri gün sizinlə görüşdüm, ha, balamın canı, gəldim buna dedim ki, mən deyirəm, mənə kömək eləyin, sən də deyirsən, gəl götür dala? Hələ o günə qədər, mənə o sözü deyən olmamışdı.

G.Ə. – Deyirsən, yəni mən demişəm o sözü sənə? Sən nə demək istəyirsən?

E.A. – Qulaq asın da… Can yiyəsi mən döyüləm? Mən həmin gün sizinlə görüşdüm, sonra dedilər. Mən gəldim yapışdım, bunun qolundan ki, Sevinc xanım, siz necə söhbət eləmisiniz ki, indi də gəlib, mənə deyirlər ki, gəl dala götür.

G.Ə. – Sevinc söhbəti kiminlə eləməlidir? Mənimlə eləməlidir də…

S.- Znaeş kak eto bılo. Koqda mı vstreçalis v ofise, rano utrom, emu skazali çto idi vazmi obratno. Okazıvaetsya v etot den vsem skazali idi vazmi obratno. Əto bıla posledniy den.

G.Ə. – mən də həmin gün sizdən soruşdum ki, sizə deməyiblər ki, gəl geri götür. Dedin ki, yox.

E.A. – Mənə səhəri gün dedilər də, gəl geri götür.

G.Ə. – Onun artıq mənə nə dəxli var?

Telefon söhbəti. Bağlı nömrədən zəng vurduğu üçün əsəbləşir.

G.Ə. –  Seva belə çıxır ki, mən demişəm, geri götürsün?

S. – Sənin bu işə dəxlin yoxdur. Həmin gün hamıya deyiblər ki, gəlib, geri götürsünlər.

E.A. – Mən oyunu da təmiz xoşlayıram. Siz mənə 500 dediniz, mən də 500 gətirdim.

G.Ə. Mən demişəm, 500?

S. – Əvvəl 500 demişdin, sonra “bir” dedin.

G.Ə. – Mən sənə 500 deyəndən sonra görüşmədik, çünki istəmədi. İmtina elədi.

S: – Son günə qədər bu adam dedi də..

G.Ə. – Son günə qədər də mən “bir” dedim. Maşından düşəndə… Dedim, demədim?

– Da… da… da… Vsyo provilna…

– Dedim, razısınızsa, mən gedim, razı deyilsinizsə, getməyim. Maşında dedim ki, danışın, mənə deyin.

– Da… da… da…

– Bəs onda, niyə sən bu adama bildirməmisən?

– Dedim, sonra verərə də…

– Sən bunun yerinə pul verəcəksən? Sən bunun yerinə pul verəcəksən, Seva? Qəribə şeylər danışırsan. Mən sənə dedim ki, adama denən hər şeyi. Min adamla işləməyəcək, bizimlə işləyəcək.

E.A. – Mən guya kiminlə işləmişəm? Ramiz müəllimlə işləmişəm də…

G.Ə. – Ramiz müəllimlə işləməmisiniz.

E.A.- Bəs kiminlə işləmişik?

G.Ə – Aqil müəllimlə işləmisiniz.

E.A – Ay Gülər xanım, Biz Ramiz müəllimlə nə qədər iş görmüşük, hamısına özü qol çəkib, Bəyən Aqil ona söz deyib? Mənim deputatlıq məsələm də də Aqil iş görmüşdü, işini gördük də… O da Ramizə demişdi. Çünki, o açıq oynayır.

S.- Açıq oynayırdı, deyəndə, alırdı pulu, ona vermirdi.

E.A. – Ay sağ ol!

S. – İndi girib içəri, Onluq da iş yoxdur. Qurtardı getdi.

G.Ə – Mənə bax, sən burda heç kəsin adını çəkmə!

S.- Mən çəkmirəm.

Gülər Əhmədova ayağa qalxır ki, getsin.

E.A – Ay Gülər xanım, otur da… Otur bir söhbətimizi qurtaraq.

G.Ə – Ay qardaş, mənim işim-gücüm var. Məndə bu qədər vaxt hardandır, oturum burda?

E.A – Mənə 500 demisiniz 500 də vermişəm də..

S. – İndi 500 də vermək lazımdır da…

G.Ə- Mən maşından düşəndə, bu işin dalınca gedəndə “bir” demişəm,

E.A – O mənə elə deməyib.

G.Ə – Deməyib, artıq o ikinizin problemidir. Özünüz mənə dediniz, mən də dedim bu telefon söhbəti deyil, gəldiniz dedim “bir”. Özü də Seva sənə dedim ki, danış razıdırsa, bu işin dalınca gedək, razı deyilsə getməyək. Özümdə dedim ki, Aqillə-maqillə işləməyəcək. Universitetlə bağlı bütün problemləri də biz həll eləyəcik.

E.A – Guya mən kiminlə işləmişəm ki? Ramizlə işləmişəm də…

G.Ə. – Xeyr, siz Ramizlə işləməmisiniz, Aqillə işləmisiniz. Niyə burda artıq ad çəkirsiniz ey, mən başa düşə bilmirəm.

E.A. – Burda kim var ki? Özümüzük də. Özümüzdən başqa heç kim yoxdur ki. Allah sənin canını sağ eləsin. Burda nədir ki, ay Gülər xanım. Nədir burda?

G.Ə. – Sənə dedim, bu işi bişir, sonra mənimlə danış?

S. – Bişirmişəm.

G.Ə. – Xeyr bişirməmisən, ÇİYDİR.

S.-Mən həmişə bişirib, çıxarıram.

G.Ə. – Nə bişirmisən, ey?

E.A. – Bax, əzizim, sən mənə 500 demisən, mən də 500 vermişəm də

S.- Deyir ki, vaxta az qalıb, eləmürdə…

E.A. – Elə söhbət, olmadı, axı. Mənə də dedin ki…

G.Ə. – Niyə bəs, ona deməmisən?

S. Ya skazala posle qoskomissii. A tı qovoriş seyças day.

G.Ə.- Mən sənə qoskomissiya-filan söz verməmişəm. Verməmişəm? Ay qız maşında söhbət eləyəndə mən demədim Əli Hüseynovdur komissiyanın sədri. Komissiya söhbəti olub?

S. – Yox… yox… mən özüm sənə demişəm. Sən hətta dedin ki, komissiyanın pulu ayrıdır.

E.A. Heç komissiyanı istəmirik də, ay kişi…

G.Ə. – Mən sənə dedim ki, komissiyanın pulu ayrıdır.

– Bəli.

– Dedimmi ki, Əli Hüseynovdur komissiyanın sədri, onu da yerindən tərpətmək olmaz. Düzdür, yoxsa yox?

– Düzdür.

– Maşından düşəndə də sənə demədimmi ki, “bir”dir Seva.

– Hə.

– Dedim, danış adamla, əgər buna razıdırsa, mən bu işin dalınca gedim, deim?

– Hə.

– Səhər də zəng vurdum, sən dedin razıdır. … oturmuşam, pulu yığırlar. Səhərdə gətirəndə, soruşdum, burada nə qədərdir, dedin 500, soruşdum ki, bəs qalanı? Dedin 1-2 günə gətirəcəklər. Dünən bizə gələndə bu söhbət oldu, olmadı?

– Bəli.

– Dedim birinci gün mən getməliyəm. Sən nə dedin? Dedin ki, birinci günə kimi çatacaq.

– Mən ona deməyə hazırlaşırdım da…

– Telefonlarını da söndürdün..

– Telefonum işləmirdi.

– Bu mənim problemim deyil. Hesab elə ki. mən bununla görüşməmişəm, özün danış. Mənim görüşüm var, ora getməliyəm. Məni adamlar gözləyir.

E.A. – Gülər xanım.

G.Ə. – Hay.

E.A. – İmkan verin bir kəlmə də mən öz sözümü deyim.

G.Ə. – Buyurun, buyurun.

E.A.- Mənə xanım 500 deyəndə, soruşdum ki, bunun mexanizmi nə olacaq? Dedim, ya Ramiz müəllim deməlidir ki, get Gülərlə qurtar.

G.Ə. – Ramiz müəllim sizə heç nə deməyəcək.

E.A. – Ya da ki, başçı məni qəbul eləsin, sözünü desin.

G.Ə. – Elşad müəllim, başçı sizi qəbul eləyib də və sizi saxlayıb da. Sizin qabaqda seçkiniz də var. Mən də sizə deyirəm.

E.A. – Vəziyyət də nə yerdədir.

G.Ə. – Ay kişi bir dəqiqə dayan.

E.A. – Başa düşmürəm, qoyun sözümü deyim də…

G.Ə.- Bir dəqiqə, qardaşımsan, üzr istəyirəm. Ad da çəkmə. Mən ATƏT-lə eləyirəm, Avropa Şurası ilə eləyirəm.

E.A. – Allah, can sağlığı, versin. Amma bu məsələdə bir şey var. Siz ANS-də idiniz, oturmuşduq Sevinc xanımın maşınında başçı mənə zəng vurdu ki, bura gəl. Dedim xeyirədir, yoxsa şərədir. Dedi, xeyirədir. Səhəri oldum yanında. Sözünü dedi. Çıxan kimi də mən Sevinc xanıma dedim ki, əmanəti mən sabah çatdırıram sizə. Ordan çıxandan 10 dəqiqə sonra mən 500 mini çatdırdım. Amma dünən Sevinc xanım demədi ki, Elşad müəllim siz sabah 500 də verəcəksiniz.

G.Ə. – Seva, səninlə nə danışmışıqsa, onu da davam elə.

– Yaxşı.

E.A. – Qaldı komissiya məsələsi, onu da eləsəniz biz sizə daha 500 verərik.

S. – Elə də… Komissiyanı da elə də…

G.Ə. – Siz mənimlə alver edirsiniz? Bu nə alverdir? Mən sizə komissiya söz vermişəm?

E.A. – Yox, yox, yox. Heç lazım da deyil. Bizə əsas lazımdır, işimiz düzəlsin keçək.

G.Ə. – Mənim 40 yaşım var, mənimlə oyun oynamayın.

E.A.- Biz oyun oynamırıq ha…

S.-Mübahisə eləməyin.

E.A.- Biz gəlmişik bura iş düzəltməyə, gəlməmişik söhbət etməyə…

Gülər Əhmədova qapını çırpıb, çıxır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button