Deputat: “Sökülən evlərə görə kompensasiya 1500 manatdan 2 min manata artırılsın”

“Son illərdə dolların məzənnəsinin qalxdığını və Azərbaycan manatı devalvasiya olunduğunu nəzərə alaraq gözləmək olardı ki, hökumətimiz sökülən evlərin kompensasiyasını bir qədər qaldıracaq. Lakin hazırda eşitdiyimə görə, yenə də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur. Yəni 1500 manat”.

Deputat Elmira Axundova bunu parlamentdə, hökumətin hesabatının müzakirəsi zamanı söyləyib. Hesabatı müsbət qiymətləndirən xanım deputat bildirib ki, çətinliklərə rəğmən dövlət bir sıra layihələrini, xüsusən sosial layihələri dayandırmayaraq, bir çox vacib işləri həyata keçirib: “Hesabata nəzər saldıqda biz görürük ki, əvvəlki illə müqayisədə istehsal edilən Ümumi Daxili Məhsul (ÜDM) 0,1 faiz artaraq 60 milyard manatdan 70 milyard manata qədər çatıb. Burada əsas artım qeyri-neft sənayesi olan kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər bu kimi sahələrdə müşahidə olunur. 2016-cı illə müqayisədə 2017-ci ildə ölkənin qeyri-neft sektorundan əldə olunan ÜDM-un miqdarı 2,7 faiz artaraq 440 milyard manatı keçib. Bu da son illərdə neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması və ölkəmizin ixrac imkanlarını genişləndirilməsi məqsədi ilə, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək üçün qeyri-neft məhsulları ixracının stimullaşdırılması və təşviqi, iqtisadiyyatın şaxələndirilməsi və investisiya qoyuluşunun sürətləndirilməsi ilə bağlı prezident İlham Əliyev tərəfindən verilən tapşırığın uğurla icra edildiyini göstərir”.

E.Axundova qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş “Sovetski” küçəsində və onun ətrafında yerləşən binalar haqqında da danışdı: “Son illərdə dolların məzənnəsinin qalxdığını və Azərbaycan manatı devalvasiyaya olunduğunu nəzərə alaraq gözləmək olardı ki, hökumətimiz sökülən evlərin kompensasiyasını bir qədər qaldıracaq. Lakin hal-hazırda eşitdiyimə görə yenə də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur, yəni 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin. Artıq belə təcrübədən uğurla istifadə olunub. Özü də bildiyimə görə dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri, təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən iri həcmli evlərin sahiblərinə, yəni 60-80 kvadrat metrdən yuxarı, bunların kompensasiya həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Düşünürəm ki, bu sosial cəhətdən ədalətli olardı”.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button