Deputat sosial mediaya qarşı tədbir üçün DİN-ə müraciət etdi

Milli Məclisin deputatı Daxili İşlər Nazirliyinin Baş İadrəsini sosial mediaya qarşı tədbirlər görməyə çağırıb.

Bunu deputat Hikmət Məmmədov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında iştirak edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərova müraciətlə deyib.

H. Məmmədov bildirib ki, klassik mətbuatdan fərqli olaraq, sosial media insan alverini, uşaqlara qarşı fiziki təcavüzü təbliğ edir: “Mən sizi sosial mediaya qarşı tədbir görməyə çağırıram və əminəm ki, sizdə bununla bağlı proqram var. Məsələn, bu yaxınlarda hansısa orta məktəbdə uşağa qarşı fiziki təcavüzü sosial şəbəkələrdə geniş yaydılar. Bu, bir yandan informasiyanın yayılmasına xidmət edirdisə, digər tərəfdən bu hadisəni təbliğ edirdi. Ona görə də, mütləq sosial mediaya qarşı tədbirlər görülməlidir”.

 

 

 

 

 

 

 

APA

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button