Deputat Xanhüseyn Kazımlı İlham Əliyevə məktub yazdı: “Mənim yerimə qızım getsin”

V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova da deputatlığa namizəddir.

Ə.Kazımova namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb. Onun sənədləri DSK-ya ötən gün təqdim olunub.

“Qafqazinfo” məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayıb. X. Kazımlı namizədliyini irəli sürmədiyini bildirib. Əlavə edib ki, partiya ölkə başçısının kursuna uyğun siyasət müəyyənləşdirir: “Gənclərin irəli sürülməsi siyasətini dəstəkləyirik”.

Qeyd edək ki, Ə.Kazımova 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.

Ə.Kazımovanın atası deputat Xanhüseyn Kazımlı birinci, ikincı, üçüncü və dördüncü çağırış Milli Məclisin deputatıdır. O, ötən illərdə 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button