“Deputatın bir qalstuku mənim pensiyamdan bahadır”

Yayımlandı: 31 Avqust 2022 21:19

 

“20 ildir ki, bu bazardayam. Ən pis il, bu ildir. Bu il heç nə yemədik” – ticarətçi deyir.  Əslində, hökumət də illərin ticarətçisi Əntiqə xanım kimi düşünür. Devalvasiyadan sonra ilk dəfədir ki, ikirəqəmli inflyasiya göstəricisi açıqlanıb. Statistika Komitəsi  2022- ci ildə təkcə qida məhsullarının 21%, ölkə üzrə ümumi bahalaşmanın isə 13% olduğunu deyir.

Statistika Komitəsinin məlumatına görə Azərbaycanda əhali gəlirlərinin yarıdan çoxunu – 55%ni qida üçün xərcləyir.

Alıcılar danışır ki, alış-verişlərini böyük marketlərin təklif etdiyi endirimli günlərə, kampaniyalara salmalı olurlar.

2022-ci il yanvarın 1-dən minimum əməkhaqqı 50 manat artırılaraq,  ölkə üzrə 300 manat müəyyən edilib.

İqtisadçı Fərid Mehralızadə deyir ki, beynəlxalq iqtisadi təşkilatlar çözümü qiymətləri endirməkdə yox, insanların gəlirlərini artırmaqda görür.

Tək-tük müştərilərə ev sahibliyi edən bazarda boş qalan satıcı nə edə bilər?  Kimisi piştaxtasını səliqəyə salmaqla, kimisi özünə həmsöhbət tapmaqla, kimisi də mürgüləməklə gününü keçirir.

Hökumət rəsmiləri deyir ki, ölkədə antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir.

İqtisadçı Fərid Mehralızadə hesab edir ki, hökumət qisamüddətli nəticə üçün yox, bahalaşmanın dayanıqlı həlli üçün addımlar atmalıdır.

Əntiqə Qurbanova satılmayan məhsullarını dəyərləndirməyin yolunu tapıb. Sıra hökumətdədir, inflyasiya dalğasının qarşısını almaq üçün nələr ediləcək?

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button