Deputatlar yol polisindən narazılıq etdi

polis-cerime

Milli Məclisin iclasında deputat Tahir Kərimli dövlət yol polisinin deputatlara qarşı münasibətindən şikayətini bildirib. O,  bu cür münasibət deputatın Konstitusiyada nəzərdə tutulmuş toxunulmazlıq hüququ ilə ziddiyyt təşkil etdiyini deyib. 

“Bir neçə gün öncə parlamentdə təmsil olunan partiyalardan birinin Qarabadakı hadisələrlə bağlı təşkil etdiyi tədbirə gedirdim, Dövlət Yol Polis İdarəsinin əməkdaşları maşınımı saxladılar. Cərimə yazdılar. Problem ondadır ki, cəriməni yerində ödəməyə imkan vermədilər. Hətta deputat olduğumu belə nəzərə almadılar. Bildirdlilər ki, Bakı Şəhər Yol Polisi İdarəsinin rəis müavini Əlövsət Quliyevin göstərişi belədir. Deputatlara qarşı bu cür münasibət yol verilməzdir. Deputat inzibati xətaya yol veribsə, Milli Məclisə müraciət olunmalıdır. Parlamentin Daxili Nizamnaməsinə uyğun olaraq tədbir görülməlidir”.

Fəzail Ağamalı da Tahir Kərimlinin yol polisləri ilə bağlı dediklərini dəstəkləyib. O bildirib ki, birinci dəfə deyil ki, millət vəkillərinə qarşı bu cür hal baş verib.

O bildirib ki, hətta Milli Məclisin iclasına tələsərkən də avtomobillərinin yol polisi tərəfindən saxlanılması halları olub və bunu yol polislərinə deyərkən nəzərə alınmır. “Araşdırmışam, elə nömrələr var ki, saatda 200 km sürətlə gedərkən də həmin avtomobil saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin”.

Sədr Oqtay Əsədov isə qeyd edib ki, xüsusi nömrə məsələsi yoxdur:

“Milli Məclisin iclasına gecikməmək üçün tələsərkən avtomobiliniz saxlanılıb, cərimələnsəniz, o cəriməni mən verərəm. Ancaq hər kəs qanunun tələblərinə riayət etməlidir”.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button