DEPUTATLARA MƏKTUB

13.02.2012

Vüsal Nuru
Yazıçı, Prezident təqaütcüsü

Dəyərli söz deyənlərimiz, dərdimizi çatdıranlar, məlum Eurovision Azərbaycana triumfla gəlir və hər gün iyirmi dört saat yaxınlaşır. Hərə bu Eurovision adlı qəhramandan çuvalına görə bir şey gözləyir, hərənin bir planı novruz səmənisi kimi çüçərir içində. Kimlər turistlərə nəsə satacağını, kimlər nəsə “əl-qap” edəcəyini, kimlər nəsə öyrənəcəyini, bəziləri də balta kəsməyən evro və ya manat qazanacağını ümid edir. Bu labütdür, gələnlərin nə qədər “qulağın kəssək” özümüzə xeyirdir və yerimizdə olan bütün ölkə bunu edib, edəcək də. Amma düzünü deyim ki, mən bu Eurovision-dan ilk qalib gəldiyimizi eşidib sevincdən ağladığım gün içimdə oyanan ümidləri, millət adına, dövlət adına görüləcək işlərin mühəndisini, planlarıyla bərabər artıq çox dərinə gömmüşəm.
Hörmətli, izzətli, cənablar, əvvala bu yarışma Azərbaycana nə qədər pul gətirsə, o qədər də xəstəlik, infeksiya, narkotika, lap elə dərininə getsən (Allahın yazığı gəlsin bizə) terror da gətirə bilər. MTM-ə və XİN-nə güvənsək də, (güvənirəm də) açığını deyim ki, etibardan düşmüş Səhiyyənin nəyisə gözdən qaçıramayacağını Azərbaycandakı heç bir sğorta idarəsi sığortalaya bilməz. Məqsədim bu beynəlxalq mədəniyyət yarışmasına dırnaq arası baxmaq, mənasız hesab eləmək deyil, Haşa. Mən bu yarışmanı Avropanın musiqi qalası, Azərbaycanın qalib gəlməsini isə bu qalanı fəht eləmək hesab edirəm. İqtidar bu günə qədər Azərbaycanı dircəldib, çiçəkləndirib və bu müvəffəqiyyət hər gün davam edir. Gəncliyin qələbəsinə millətin oğlu olaraq təpədən-dırnağa qədər sevinirəm. Mənim dərdim başqadı: Bu gün hamımıza məlum olduğu kimi dünyanın gözü, qulağı hətta şotur barmaqları bizdədi. Bizim üçün pul qazanmağa, özümüzü göstərməyə əladan da əla fürsət yaranıb. Odur ki, bu fürsətdən yalnız qarnımız üçün yağlı tikə, altımız üçün valyuta qazanmaqdan başqa, həm də Azərbaycan milləti üçündə istifadə eləməliyik. Məsələn; Eurovision keşiriləcək binanın quş baxışı görüntüsünü görəndə bir Azərbaycan oğlu kimi qürurlandım: məkan müqəddəs atributlarımızdı. Əla! Sonrakı mərhələ bütün ümidlərimi qırdı, belə ki, bizim lazımı qədər vətənpərvər, millət qayğısı çəkməyən olduğumuzu düşündüm. (Təbii ki, bu subyektiv fikirdi) Fikirləşdim ki, bizə doğrudan da Qarabağ lazım deyil. Əgər o qədər lazım olsaydı, bu əlimizə göydən düşən fürsətdən dəyərincə istifadə edərdik, yəni eləmentar bir addım-müsabiqə keçiriləcək zalı əcnəbi diliylə “Crystal Hall” deyil, “QARABAĞ ZALI” adlandırardıq. Və bütün Avropanın ən sadə fəhləsi də, ev xanımı da, xəritə üzü görməyən hansısa yeniyetməsi də Azərbaycana məxsus olan bu cənnət məkanın adını əzbər bilərdi. Ermənilər də istəsələr də, istəməsələr də “Azərbaycan, Qarabağ” deyəcək, yazacaqdılar. Dünyanın bütün mətbuatı baş məqaləsini “Crystal Hall” deyil, “Qarabağ Zalı” sərlövhəsiylə başlayacaqdı. Bax, buna deyərdim “qələbə, ardınca qələbə. Qalibiyyəti qoruyub saxlamaq…” Bu gün bu ada Qarabağa qaytarmaq qədər ehtiyacımız var. Bu fürsət bir də əlimizə nə vaxt düşəcək onu yəqin ki, göydəki bilir.
Azərbaycana gələcək naməlum fəsadları gözə alırıq, heç olmasa bu Qarabağ naməinə olsun. Oxuyub, atdanıb düşməklə bu fürsəti föftə vermək olmaz-deyə düşünürəm. Odur ki, İçində Qarabağ sevgisi, (pafoslu deyil) vətəndaş qeyrəti, millət vicdanı olan bütün debutatlara və başda Oktay Əsadova bir vətəndaş, bir yazıçı olaraq müraciyət edirəm ki, trumfla gələn qalibimiz nə qədər ki, qədəmlərini hələ də torpaqları işğal altında olan, milləti qaçqın düşmüş müqəddəs odlar yurduna-Azərbaycana basmamış, hələ Avropa mətbuatı palaz boyda səhifələr hazırlamamış bu məsələyə təcili baxsınlar. Üzümüzə sürətlə gələn zaman, sürətlə də gedəcək, heç olmasa nəyəsə nail olaq. Onsuz da ikinci dəfə bu il bu müsabiqənin qalibi olmayacağıq, (kaş bunda yanılmış olam) barı fəryadımızı eşitdirə, dərdimizi çatdıra bilək.
Ümid edirəm ki, hörmətli, izzətli dövlət məmurlarımız; sevimli yazıçımız Aqil Abbas, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Akif Nağı, Əbülfəs Qarayev, Azad Rəhimov, Ceyhun Osmanlı, İsmail Ömərov, Vaqif Mustafayev və digər KİV nümayəndələri, eləcədə yazıçı əməkdaşlarım, başda sədrimiz Anar müəllim olmaqla məni dəstəkləyəcək, səsimə səs, harayıma hay verəcəklər. Aidiyyəti orqana müraciyyət ediləcək və adın dəyişilməsinə nail olacağıq. Dövlətimizin qazandığı uğurlardan birinə də imza atacağıq. Heç olmasa bir dəfə bütün dünyada Azərbaycanca bir kəlmə söz deyiləcək. “Qarabağ Zalı” Biz “Crystal Hall” deyil, yəni bütün Avropanın dediyi kimi yox, bütün Avropa Azərbaycanın ifadə etdiyi kimi “QARABAĞ ZALI” deyəcək. “Zal” sözünü ifadə eləmək heç bir Avropalı üçün çətin deyil çünki. Sözü təşkil edən 3 hərif bütün Avropa əlifbasında var. Odur ki, biz dünyanı öz dilimizdə danışdırmalı və yaralı yerimizin adını əzbərlətməliyik.

QEYD: Vüsal Nuru 1981-ci ildə Ağdamda doğulub. Orta məktəbin son illərindən şeirlər yazıb, rəsmlər çəkib. 2007-ci ildə ilk şeir və hekayələr kitabı “Yağış damlasıyam” adı ilə çap olunub. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Yerli mətbuatda müntəzəm olaraq köşə yazıları, şeirləri və hekayələri ilə çıxış edir. 2009-cu ildən Prezident təqaüdçüsüdür. 2010-cu ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub.

Əlaqəli məqalələr

2 şərh

  1. Salam.Mənim müraciətim qızım İbrahimova Xəyalə ilə bağlıdır.Xəylə İbrahimova GDU nin İdman fakültəsini fərqlənmə diplomu ilə bitirib,sonra magistraturanı da oxuyub.İki il idi ki,Gəncə tibb kollecində idman müəllimi kimi çalışırdı.Bu gün xəbərdarlıq yazdırıblar ki,ştat ixtisara düşür.Qızımın həyat yoldaşı könüllü müharibədə iştirak edib.Fərqlənməsi,medalı var.Və qızımın himayəsində iki az yaşlı uşağı var.İndi işsiz onun üçün dolanmaq çox çətin olacaq.Xahiş edirəm Xəyalənin işlə təmin olunmasında köməklik edəsiniz

  2. Məlumat üçün sizə bildirmək isdəyirəm ki, ayləliyəm, himayəmdə olan gəlcəyin əsgərin,2 azyaşlı övladlarımla 4 nəfərdən ibarət aylə üzvlərimlə kirayədə yaşayıram .Ali təsilliyəm, Azerbaycan Dövlət İdman Akedemiyasını bitirmişəm.”Cüdo Və Sanbo idman növü ilə məşğul oluram.Dəflərlə Avropa və Dünya çenpiyanatlarında çıxış edərək, müxtəlif medallar nailiyyətlərim olmuşdur.2005-ci ildə hərbi xidmətim zamanı hörmətli Prezdentimiz cənab ilham Əliyevin sərancamı ilə 3-cü dərcəli, vətənə xidmətdə “Fərqlənmə” medalı ilə təltif olunmuşam.Birnci Qarbağ Vətən Muharibəsində şəhid olmuş,ölümdən sonra Ulu Öndərmiz Heydər Əliyev cənablarının fərmanı ilə “Azerbaycanın Mili qəhrəmanı” adı ilə təltif olunmuş Babverdi Dəmirovun ailə üzvüyəm.diqətnizə çadrmaq isdəyirəm ki, hörmətli Prezdentimiz cənab ilham Əliyevin sərncamı ilə,ölkdə işsizliyin qarşısnı alınması və az təminatlı ailələrin rifahının yaxşılaşdrlması məqsədi ilə yardlmış “Dost İş Mərkəzi”MMC-nin Siyəzən Rayon Kommunal müəssisələr kobinatı,təmzlik işləri üzrə köməkçi vəzifəsində işləyərək cəmi 283 manat maaşla ailəmi dolandıraraq, dövlətimə sadiq və allaha şükür etsəmdə,əfsuslar olsun ki,Dost İş Mərkəzi”MMC-nin Direktoru Firudin Cəbraylovun təşəbbüs və rəhbərliyi altında onun,adlarını gizli saxlayan işçiləri,sözün əsil mənasında”Qoçu dəstləri”,”Burda mənəm,Bağddada kor Xəlifə”pirnsipi əsasında, Siyəzən rayon içtimayyəti arsında,şər böhtan və şantajla məşğul olan Əzimov Mazan Oktay Oğluna, barəmizdə sifarişlə, şər, böhtan xarakterli həqiqəti əks etirməyən şantaj ərizələri ilə, məni heç bir əsas olmadan, Əmək Qanunvercliyinin tələblərinin kobuçasına pozmaqla,məni qanusuz işdən çıxararaq,indiyə kimi də, əmirin surətini mənə vermədən, ailəmi ac qoymuşlar . Onu da qeyd etməliyəm ki. bundan əvvllərdə” Dost İş Mərkəzi” MMC-nin direktoru cənab Firudin Cəbraylovun ünvanına saysız-hesabsız şikayət ərzələri ilə müraciyətlər etsəmdə,cənab Firudin Cəbraylovun təşəbüs və rəhbərliyi altında şikayət ərizlərimdə gösdərilən faktlar indiyə kimi də obyektiv baxılmadan,cinayət xarkterli faktlar açıqcasına ört-dasdır edilərək,hhqlı şikayətlərim nəticəsiz tədbirsiz qalmışdır. Mən hələ ki, “Dost İş Mərkəzi” MMC-nin direktoru cənab Firudin Cəbryılovun təşəbbüs rəhbərliyi altında, bir sıra işçilərnin öz maddi marqlarına görə etmiş olduqları cinayət xarakterli,danılmaz faktlardan söz açmıram Lakin gəlcəkdə həmin faktlarda açıqlaya bilərəm. Odur ki, yuxarda qeyd etdiyim faktları və xüsusatların kökündən,tam, hərtərfli yoxlanlaraq,”Dost İş Mərkəzi” MMC-də baş alıb gedən məmur özbaşnalığı bardə qanuna müafiq təsrli tədbirləirin görülməsini bir daha Sizdən Xahiş edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button