Deputatlığa namizəddən duyğu dolu müraciət

ağalar bayramov

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən məşhur Əməkdar artist, deputatlığa namizəd seçicilərinə duyğu dolu sözlərlə müraciət etdi. Ağalar Bayramov “Mən haqqa göz yumub, şərə züy tutan olmadım bu illər ərzində, ləyaqətimi hər şeydən uca tutdum, mən elə həmin adamam, daşdan süd əmən adamam, mən haqqa dönən adamam!”

09.10.2015-ci il tarixdən Milli Məclisə deputatliğa namizədlərin təbliğati başladi. Çox götür-qoy etdim, görəsən özümü təbliğ etmək üçün görüşlər keçirib, “asvalt çəkməyə”, “su çəkdirməyə” söz verməyə ehtiyac varmı? Yaxud da yalan vədlər verməyə lüzüm necə, ehtiyac varmı ? Mənim ömür yolum göz qabağında… Görünən dağa nə bələdçi? Mən olduğu kimi görünən, göründüyü kimi olan adamam! Mən həmişə olduğu kimi əzilənin, haqqın yanındayam! Mən xalqımın, canım qədər sevdiyim AZƏRBAYCANIMIZIN, DÖVLƏTİMİZİN yanındayam! Mən sizlərin hüququnuzun müdafiəçisi qismində çixiş edəcəyəm. 35 ildir mənim sənət yolum da bu avazda olub. Mən haqqa göz yumub, şərə züy tutan olmadım bu illər ərzində, ləyaqətimi hər şeydən uca tutdum, mən elə həmin adamam, daşdan süd əmən adamam, mən haqqa dönən adamam! Mən sizlərə boş vədlər vermirəm, bircə onu söz verirəm ki, həmişə olduğu kimi ağrınız ağrım, sevinciniz sevincim olacaq hər zaman! Mən başqalarından fərqli olaraq mobil nömrəmi də dəyişən deyiləm, ünvanim isə hər zaman 30 il yaşadiğim bu ünvan olacaq: Suraxanı, A.Rzayev küçəsi, 9 (“Atəşgah” məbədinin yani) Yəni sizinlə birlikdə!
Bu mən, bu da siz əziz Suraxanı, Yeni Suraxanı, Əmircan və Bül-Bülə qəsəbəsinin sakinləri. İndi söz sizindir, daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button