Rubrikalar: DÜNYA MƏTBUAT XuralTAC

“Der Spiegel”də jurnalist saxtakarlığı

ABŞ-ın Almaniyadakı səfiri “Der Spiegel”in əməkdaşının layiqincə cəzalandırılmasını tələb edib

Almaniyanın dünyaca məşhur “Der Spiegel” jurnalının əməkdaşı Klaas Relotiusun ABŞ-la bağlı yaydığı xəbərlərin və reportajların demək olar ki, hamısını özündən uydurduğunun ortaya çıxması iki ölkə arasında qalmaqal yaradıb.

Artıq ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrennel bununla əlaqədar müstəqil araşdırma aparılmasını tələb edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, səfir R.Qrennel “Alman dalğası” radiosuna verdiyi müsahibədə ölkəsinin Relotiusla bağlı baş verən hadisədən narahat olduğunu ifadə edib.

“Vaşinqton “Der Spiegel” jurnalının dünyadakı media standartlarına nə dərəcədə zərər vurduğunun təsbit olunmasında və bunun jurnalın daxilində hansı dəyişikliklərə gətirib, çıxaracağını bilməkdə maraqlıdır”, – deyə amerikalı diplomat media orqanını üstüörtülü təhdid edib.

Qrennel həmçinin alman media orqanını ABŞ-a qarşı həmişə qərəzli mövqe tutmaqda suçlayıb.

Öz növbəsinə isə “Der Spiegel” səfirin onlara yönəlik antiamerikanizm və ABŞ-a qarşı korporativ qərəz barədə ittihamlarını rədd edib.

Bununla belə, jurnalınn baş redaktor əvəzi Dirk Kurbüvayt özlərini təhqir olunmuş hiss edən bütün amerikalılardan üzr istəyib.

Xatırladaq ki, bu günlərdə jurnalın əməkdaşı Klaas Relotiusun ABŞ haqqında yazdığı reportajları, o cümlədən ABŞ-Meksika sərhəddində miqrantlarla əlaqadar məqaləsini sadəcə, öz beynindən uydurduğu ortaya çıxıb.

1,1 milyon tirajla Avropanın ən böyük jurnalı olan “Der Spiegel” buna görə həmin reportyorun hansı yazılarının yalan olduğu ilə bağlı xüsusi məqalə dərc etməyə məcbur olub.

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb.…

22 Oktyabr 2019 5:17 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
  • GÜNDƏM
  • XuralTAC

Röya xalq artisti oldu

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti” fəxri adının verilməsi haqqında" sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, sərəncamla…

21 Oktyabr 2019 7:15 axşam
  • GÜNDƏM
  • XuralTAC

Ankaradan Əliyev hakimiyyətinə sərt təpki: “Xalqın səsini eşidin”

“Ölkəni yaşanmaz bir həbsxanaya çevirmək, Azərbaycanı idarə edənlər üçün bir üz qarasıdır” Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədə fəaliyyət göstərən Azərbaycan…

21 Oktyabr 2019 5:18 axşam
Xural.COM