“Deyirlər ki, biz yeddi rayonu azad etmişik. Elə deyil…”

Prezident İlham Əliyev bu gün YAP-ın qurultayındakı yekun çıxışı zamanı bir daha Qarabağın azad edilməsi ilə nəticələnmiş qələbəyə toxunub. Və Azərbaycanın həqiqətən müstəqil ölkə kimi öz mövqeyini daha da gücləndirdiyini deyib.

Sitat:

– Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, bizim böyük sərvətimizdir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycan, – necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, – bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir.

Biz bu il müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik. Mən giriş sözümdə bu məsələ ilə bağlı öz fikirlərimi dedim. Bir daha demək istəyirəm ki, 30 ildən sonra biz bu günü qürur hissi ilə qarşılayırıq. Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Sadəcə olaraq, geniş ictimaiyyət bundan xəbərsizdir. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır.

Əlbəttə ki, biz dövlət müstəqilliyini əldə edəndə, – mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirdim, – müstəqilliyimiz şərti xarakter daşıyırdı. Müstəqillikdən dörd ay sonra Ermənistan bizə qarşı Xocalı soyqırımını törətdi. Müstəqillikdən yeddi ay sonra Şuşa və Laçın işğal altına düşdü. Yəni, müstəqilliyimizin ilk illəri faciəvi illər idi və biz müstəqilliyi tamamilə itirə bilərdik. İndi isə – 30 ildən sonra biz ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi, Ermənistanı məğlub etmiş ölkə kimi bu yubileyi qarşılayırıq. Müharibə ilə bağlı bəzi yerlərdə gedən müzakirələrdən görürəm deyirlər ki, biz yeddi rayonu azad etmişik. Elə deyil. Biz, eyni zamanda, Şuşanı azad etmişik, eyni zamanda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonunu tam azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Martuni, indiki Xocavənd rayonunun 50 faizdən çox hissəsini azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə rayonunun böyük hissəsini azad etmişik, o cümlədən Suqovuşan qəsəbəsini. Biz təkcə yeddi rayonu azad etməmişik. Daha çox ərazini azad etmişik və bu gün yaratdığımız reallıq artıq dünya tərəfindən qəbul edilir. Bir daha demək istəyirəm ki, bu reallığı biz yaratmışıq – güc hesabına, iradə hesabına, birlik hesabına.

This post was last modified on 6 Mart 2021 2:11 səhər

Şərh yazın
Share

Son Əlavələr

  • MANŞET

Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla qapalı…

16 Aprel 2021
  • DÜNYA
  • MANŞET

Erməni generallar Paşinyanın müharibə ilə bağlı bəyanatından narahatdırlar

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı İkinci Qarabağ müharibəsi və sentyabrın 27-dən…

16 Aprel 2021
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Ramiz Mehdiyevə “yaxşı adam” deyən var?”-VİDEO 15.04.2021

Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 15 aprel 2021-ci il, saat 17:00​-da canlı yayında Xural…

15 Aprel 2021
  • MANŞET
  • XuralTAC

Avropa Məhkəməsi qərarlarını elan edəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 22-də Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarlarını elan edəcək.…

15 Aprel 2021
  • MANŞET
  • QAYNAR QAZAN

“Ramiz Mehdiyev məhkəməyə verildi”-VİDEO 14.04.2021

Xural.com Xural TV-də Selcan Zeynallının aparıcılığı ilə yayınlanan "Xural Xəbər" proqramının 19-cu bölümünü təqdim edir:…

15 Aprel 2021
  • MANŞET
  • XuralTAC

Ramiz Mehdiyev məhkəməyə verildi

İşdən çıxarılan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı akademiyanın prezidenti Ramiz Mehdiyevi məhkəməyə verib. Medianews.az “unikal.org”a…

15 Aprel 2021
Xural.COM