Diaspora Mərkəzi uşaqları müayinə etdirib

Kimsəsiz və yetimlərə Ramazan süfrəsi açılıb…

 

XuralTAC xəbər verir ki, Beynəlxalq Diaspor Mərkəzi (BDM) Milli QHT Forumu ilə birgə Quba şəhərində yerləşən kimsəsiz və yetim uşaqların himayə olunduğu evi ziyarət edərək, onlar üçün tibbi müayinə aksiyası həyata keçirib. Tibbi müayinə Sumqayıt şəhərində yerləşən “Liman” Diaqnostik Mərkəzinin təcrübəli həkimləri tərəfindən həyata keçirilib. Uşaqlar ultrasəs müayinəsindən, dəri-zöhrəvi, göz, kardioloji və s. istiqamətlər üzrə müayinələrdən keçirilib, hər biri üçün ayrı-ayrılıqda diaqnoz müəyyənləşdirilib. Müəyyən olunmuş diaqnoz əsasında müalicə üçün dərman preparatları “Servier” şirkəti tərəfindən uşaq evinə təqdim olunacaq. Daha sonra BDM tərəfindən uşaqlara hədiyyələr təqdim olunub və Ramazan süfrəsi açılıb.

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button