Son günlər sosial şəbəkələrdə Azərbaycanda “Əxlaq Polisi”nin yaradılacağı barədə şayiələr yayılır.
Bu cür söz-söhbətlər polisin Bakının mərkəzində turistlərə intim xidmət təklif edən yüngül əxlaqlı qadınlara qarşı mübarizəni gücləndirməsindən qaynaqlanır.
Ancaq mentalitetə yad düşüncə və asosial hadisələrə qarşı mübarizə aparmaq başqa şeydir, “Əxlaq Polisi” adlı ayrıca bir qurum yaratmaq tamam başqa şey.
Bu söz-söhbətlər nə dərəcədə doğrudur?
Virtualaz.org məsələ ilə bağlı şərh üçün Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidova müraciət edib.
“Paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də “Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər. Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb.
Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər, polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun-“Əxlaq Polisi”nin yaradılacağı barədə məlumatlar yayırlar. Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır. Ümumiyyətlə nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində “Əxlaq Polisi” strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”, – deyə E.Zahidov bildirib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Azərbaycan polisi indiyədək qanunda nəzərdə tutulmuş vəzifələri ləyaqətlə yerinə yetirib və bundan sonra da cinayətkarlığa, eləcə də vətəndaşların haqlı narazılığına səbəb olan hər hansı qanunazidd hərəkətlərə qarşı mübarizə aparacaq və ictimai sabitliyi təmin edəcək.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda yekun nitqi söyləyib. Prezident İlham Əliyevin yekun nitqi -Sağ olun. Partiyamızın rəhbər…
Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini təyin edilib. Bununla bağlı YAP sədri İlham Əliyev sərəncam imzalayıb.…
Ermənistanda baş nazir Nikol Paşinyanla silahlı qüvvələrin (daha doğrusu onun qalıqlarının) Baş qərargah rəisi, general Onik Qasparyan arasında indiki qarşıdurmadan…
Prezident İlham Əliyev bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayındakı yekun çıxışı zamanı ölkədə siyasi diaqloqun dərinləşdirilməsi zərurətindən danışıb. Eyni…
İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları,…
Prezident İlham Əliyev bu gün YAP-ın qurultayındakı yekun çıxışı zamanı bir daha Qarabağın azad edilməsi ilə nəticələnmiş qələbəyə toxunub. Və…