DİN-dən “Bulaq”dakı əməliyyatla bağlı açıqlama: “Əxlaqsızlıq edirlər…”

“Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsi Nabranda yerləşən “Bulaq” istirahət mərkəzində əməliyyat keçirib. Məlum olub ki, həmin istirahət mərkəzi lisenziyasız fəaliyyət göstərir və ərazi əxlaqsızlıq yuvası kimi istifadə olunur”. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Nabrandakı “Bulaq” istirahət mərkəzində adam oğurluğu ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.
DİN rəsmisi bildirib ki, bəzi mətbuat orqanlarında naməlum şəxslərin gənc oğlanla qızı oğurlaması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, “Bulaq” istirahət mərkəzi barədə İdarəyə verilən məlumat təsdiqini tapıb: “Məlum olub ki, istirahət mərkəzi müvafiq icazəsi olmadan, lisensiyasız fəaliyyət göstərir və buranı əxlaqsızlıq yuvası kimi istifadə edirlər. Orada fəaliyyət göstərən şəxslərin də əxlaqsız hərəkətlərlə məşğul olduqları aydın olub. “Bulaq” istirahət mərkəzinin inzibatçısı Elşad Həsənov və həmin vaxt orada istirahət edən şəxslər müvafiq araşdırmaların aparılması üçün saxlanılaraq idarəyə dəvət olunublar. Elşad Həsənov dəfələrlə “Bulaq” istirahət mərkəzinin rəhbərliyinə öz mobil telefonu ilə hansı orqan tərəfindən, hansı məqsədlə saxlanılması barədə məlumat verib. Yəni burada heç bir oğurluqdan söhbət gedə bilməz. Hazırda məsələ araşdırılır və hüquqi qiymət veriləcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button