Rubrikalar: İQTİSADİYYAT SİYASƏT

DİN İlqar Hacıyevin dələduzluq faktını ifşa etdi!

Bir müddət əvvəl Rusiya və Azərbaycan mətbuatında “Akkord” Şirkətlər Qrupunun keçmiş rəhbəri İlqar Hacıyevin Moskva şəhərindəki ofisinə basqın edildiyi və iş adamının, guya haqsız olaraq və sifarişlə Rusiya hüquq-mühafizə orqanlarının qəzəbinə gəldiyi haqda silsilə materiallar işıq üzü görməyə başlamışdı. Bir mərkəzdən ötürüldüyü və büsbütün İlqar Hacıyevin müdafiəsinə həsr edildiyi aşkar görünən bu materiallarda iddia olunurdu ki, guya iş adamına qarşı bütün bu hücumların arxasında əslən Azərbaycandan olan başqa bir məşhur iş adamı – Qod Nisanov durur.

Eyni zamanda, sonradan İlqar Hacıyevin özünün də media vasitəsi ilə ölkə rəhbərliyinə müraciəti yayılmışdı.

Ancaq bu günlərdə Strateq.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi bir məlumat iş adamıyla bağlı bir çox gerçəkləri üzə çıxarmaqla yanaşı, aydınlaşdırıb ki, əslində İlqar Hacıyevin müdafiəsinə həsr edilmiş media kampaniyası da təsadüfi deyilmiş və əsas məqsəd də sabiq şirkət rəhbərinin problemini siyasiləşdirmək, milyonların talanmasından yaxasını qurtarmaq olub.

Belə ki, məlumata görə, Moskva şəhərində yaşayan Yusupov Vladislav İlyuşayeviç adlı Azərbaycan vətəndaşı, 20 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək, bildirib ki, dostu İsay Zaxaryayevin vasitəsi ilə tanış olduğu Hacıyev İlqar Əlləz oğlu, etibardan sui-istifadə etmə və aldatma yoluyla, 2016-cı ilin fevral ayının əvvəllərindən 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Moskva Vilayətində “Piroqovskaya Rivyera” yaşayış kompleksinin və digər layihənin tikintisinə investisiya qoyulması adı ilə ondan 10.000.000 (on milyon) ABŞ dolları məbləğində pulunu alaraq, ələ keçirib.

Vladislav Yusupov göstərib ki, İlqar Hacıyev onunla etibarlı münasibətlər yaradaraq, gələcəkdə ələ keçirmək məqsədi ilə 2016-cı ilin iyun ayının əvvəllərində İsay Zaxaryayevin vasitəsi ilə 3.000.000 (üç milyon) ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən hava limanının ərazisində və 7.000.000 (yeddi milyon) ABŞ dolları məbləğində pulu ayrı-ayrı vaxtlarda hissə-hissə Moskva şəhərində ondan alıb, lakin tikinti işlərini yarımçıq saxlayaraq, mənzilləri ayrı-ayrı vətəndaşlara satıb, ümumilikdə müvafiq məzənnəyə görə 17.000.000 (17 milyon) manat təşkil edən 10.000.000 (on milyon) ABŞ dolları məbləğində pulu dələduzluqla ələ keçirib.

Faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində 04 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Qeyd olunan informasiyalar artıq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən də təsdiq edilib.

Eyni zamanda, İlqar Hacıyev tərəfindən Rusiya Federasiyasının ərazisində digər dələduzluq əməllərinin törədilməsi ilə bağlı barəsində cinayət işləri istintaq olunmaqla yoxlamalar aparılır. Belə ki, Hacıyev İlqar Əlləz oğlu tərəfindən dələduzluq yolu ilə “Asfaltbetonservis CDS”“Betas” məhdud məsuliyyətlərinə məxsus 341.000.000 (üç yüz qırx bir milyon) rubl məbləğində pulun ələ keçirilməsi faktına görə, barəsində 30 aprel 2019-cu il tarixində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Qərb İnzibati Dairəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin Daxili İşlər İdarəsinin İstintaq idarəsində Rusiya Federasiyası CM-nin 159-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Demokratiya indeksində Azərbaycan avtoritar ölkələr sırasına daxil edilib

Azərbaycan 167 ölkə arasında 147-ci olub Böyük Britaniyanın “Economist Intelligence Unit” şirkəti tərəfindən tərtib edilən Demokratiya İndeksinə görə Azərbaycandakı hakimiyyət…

24 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlətə xəyanətdə ittiham olunan jurnalistin işindəki zərərçəkən məlum oldu

Fevralın 3-də Polad Aslanovun məhkəməsi başlayır Dövlətə xəyanət ittihamıyla həbs olunan “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun məhkəməsi başlayır. Onun…

24 Yanvar 2020
  • XuralTAC

ABŞ rəsmisindən təhdidkar açıqlamalar: “Süleymaninin yolunu gedərsə…”

“Əş-Şərq əl-Əvsət”, 22.01.2020   Davosun səs-küylü dəhlizlərində “Əş-Şərq əl-Əvsət” əməkdaşı ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Hukla görüşüb. O, ABŞ…

23 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

Ermənilər məşhur Şuşa qalasında restavrasiya işlərinə başlayır

Dağlıq Qarabağdakı qondarma rejim işğal edilmiş Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrini bir-birinin ardınca erməniləşdirir və ya farslaşdırır. Virtualaz.org xəbər verir ki,…

23 Yanvar 2020
  • GÜNDƏM
  • İQTİSADİYYAT
  • XuralTAC

İmişli Şəkər Zavodu bağlandı, yüzlərlə işçi aksiya keçirdi

“Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodunun yüzlərlə işçisi dünən zavodun qarşısında aksiya keçirib. Aksiyaya səbəb 500-ə yaxın əməkdaşın işdən azad…

23 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

İqbal Ağazadənin “Gəncə”də növbəti görüşü keçirildi

İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub. Deputatlığa namizədin seçki qərargahından daxil olan xəbərə görə,​ 35 saylı Xətai üçüncü Seçki…

23 Yanvar 2020
Xural.COM