DİN siyasi partiyaları niyə toplayır?

Xural.com-un əldə etdiyi məlumatlara görə, Daxili İşlər Nazirliyi bu gün ictimai-siyasi partiyaların nümayəndələrini DİN-in binasına dəvət edib. Dəvət bütün ictimai-siyasi qurumlara edilib. Hələlik tam məlumat yayılmasa da, xural.com-un özəl mənbələrdən əldə etdiyi məlumata görə, ictimai-siyasi qurumların sədr və ya təmsilçilərinin DİN-ə toplanması 31 yanvarda Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarətlə bağlıdır. Bizə məlum olub ki, dəvət olunanlar siyahısında AXCP sədri Əli Kərimli, AXH-nın lideri İsgəndər Həmidov, AXP-nin sədri Pənah Hüseynin və başqalarının adı var.

Görüş bu gün saat 16.00-da Daxili İşlər Nazirliyinin binasında baş tutacaq.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button