DİN: Taleh Xasməmmədov barəsində cinayət işi başlanıb

DİN-in mətbuat xidməti xəbər verir ki, dekabrın 27-də əldə olunmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən kafelərin birində Bakı şəhər sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1000 manat pul alarkən Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov saxlanılıb, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hüquq müdafiəçisi T.Xasməmmədov artıq bir neçə gündür ki, “yoxa çıxmışdı”. Bu haqda onun ailə üzvlərinin və vəkillərinin məlumat əldə etmə cəhdləri heç bir nəticə verməmişdı. DİN -nin T.Xasməmmədov haqqında heç bir məlumatı olmadığı bildirilmişdi. Lakin DİN-nin bu məlumatından da görünür ki, bir neçə gün bundan əvvəl saxlanılan T,Xasməmmədov haqqında onlarda məlumat olub.

Xatırladaq ki, T.Xasməmmədov keçmiş siyasi məhbusdur və bundan əvvəl də iki həbs edilib. Son dəfə prezidentin imzaladığı 17 mart 2016-cı il tarixli sərəncamı ilə azadlığa buraxılıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button