DİN Xural TV-nin yayınladığı şikayətə reaksiya verdi:

"İddialar tamamilə əsassızdır və qərəzdən irəli gəlir..."

Bir neçə gün bundan əvvəl Xural TV Rusiyanın Barnaul şəhərindən redaksiyamıza göndərilən şikayəti yayınlamışdıq. Xural.com xəbər verir ki, Məhərrəmov Malik Nazim oğlu Prezident İlham Əliyevə, 1-ci vitse prezident Mehriban Əliyevaya və Daxili İşlər naziri Vilayət Eyvazova Xural TV vasitəsilə müraciət etmişdi. Rusiyanın Barnaul şəhərində yaşayan Malik, qardaşı Məhərrəmov Orxan Nazim oğlunun başına gətirillən olaylardan və hüquq mühafizə orqanlarına bunun müqabilində verilən rüşvətlərdən danışmışdı. Xural Media Qrup Məhərrəmov Malik Nazim oğlunun şikayət müraciətini yayınlamışdı.

Xural.com xəbər verir ki, DİN mətbuat xidmətindən redaksiyamıza məlumat daxil olub. Məlumatı olduğu kimi dərc edirik. DİN-in xural.com-a daxil olan məlumatında deyilir:

“Rusiyada yaşayan Malik Məhərrəmov və qardaşlarının güya Azərbaycanda polis tərəfindən təzyiqə məruz qalması və onlardan rüşvət alınması ilə bağlı səsləndirdiyi iddialar tamamilə əsassızdır, qərəzdən irəli gəlir.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, M.Məhərrəmov dayısı Amil Əliyevə qarşı dələduzluq cinayəti törətdiyinə görə məhz zərərçəkmişin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaqı aparılıb cinayət işi üzrə 2019-cu ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarış elan olunub.

Məhəbbət Məhərrəmov

Qardaşı – əvvəllər Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunan Orxan Məhərrəmov həmin cinayət işi üzrə təqsirli bilinərək. 2019-ci ilin noyabr ayında barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində qeyd olunan cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir.
Malikin digər qardaşı Məhəbbət Məhərrəmov sosial şəbəkələrdə odlu silahla fotoşəkillərini paylaşdığına görə 2021-ci ilin iyun ayında saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə dəvət olunub. Müəyyən olunub ki, o, Vətən Müharibəsi zamanı döyüş bölgəsinə gedib və orada xidmət edən əsgərlərə təhkim olunan silah və döyüş sursatları ilə müxtəlif şəkillər çəkdirməklə sosial şəbəkələrdə paylaşıb. Araşdırma nəticəsində M.Məhərrəmovda odlu silah olmadığı müəyyən olunduqdan sonra o sərbəst buraxılıb, barəsində heç bir cinayət-hüquq icraatı aparılmayıb.
O ki qaldı ondan pul alınmasına, bu, dələduz qardaşın digər qardaşı aldatması üçün uydurduğu bəhanə ola bilər.”

Xural.com

İ.S. Rusiyada yaşayan vətəndaşın şikayəti ilə tanış olmaq istəyən tamaşaçılarımız Xural TV-də bu linkə daxil ola bilərlər: https://www.youtube.com/watch?v=nRz1W0Zt3Bk&t=44s

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button