Dindar məhbuslara bəraət veriləcəkmi?

Dünən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Eldar İsmayılovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun və partiyanın digər altı üzvünün işi üzrə prosesi üzrə məhkəmədə  vəkillər müdafiə çıxışı ediblər. İlk olaraq Hacı Mövsüm Səmədov və Ruhulla Axundzadənin vəkili Anar Qasımlı çıxış edib.

O bildirib ki, məhkəmə prosesi keçirilən vaxt ərzində ittiham olunan şəxslərə qarşı hər hansı bir sübut olmayıb. «Məhkəmə tədqiqi zamanı təqdim olunan sübutlar yalnız AİP sədri Hacı Mövsüm Səmədovun 2 yanvar 2011-ci il tarixdə AİP Baş Məclisinin iclası zamanı çıxışı əsasında təqdim olunub» deyə Anar Qasımlı əlavə edib.

A.Qasımlı bu ittihamın sadəcə olaraq bir ssenari olduğunu önə çəkərək bildirdi ki, hətta şahid ifadələrində olan ziddiyyətlər, tapılan silahların mənbəyinin göstərilməməsi ittiham olunan şəxslərə qarşı qurulmuş bir ssenarinin olmasından xəbər verir.

Anar Qasımlı həm də müdafiə elədiyi Rufulla Axundzadə barədə çıxış edib.

Çıxışının sonunda Anar Qasımlı işə ədalətli qiymət verilməsini və müdafiə etdiyi şəxslər azad olunmasını istəyib.

Digər təqsirləndirilənlərin vəkilləri də çıxış edərək,məhkəmədən hüquqlarını müdafiə elədiyi şəxslərə bəraət verilməsini istəyiblər.

Proses oktyabrın 12-də təqsirləndirilən dindarların son sözü ilə davam edəcək.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button