Distant təhsilin aktuallığı barədə

Distant təhsil (DT) Internet vasitəsilə tədrisin mütərəqqi növüdür ki, bu da rabitə şəbəkələrindən istifadə olunmaqla yeni rəqəmsal informasiya texnologiyalarına əsaslanır və yaşayış yerindən asılı olmayaraq, iş yerindən ayrılmadan, istənilən yaşda və hətta fiziki cəhətdən qüsurlu insanlar üçün məqbul olan keyfiyyətli təhsil almağa imkan verir.

Pandemiya dövründə Azərbaycanın təhsil proseslərində DT-nin aktuallığı ölkənin bütün təhsil müəssisələrində (istisnasız) ixtisaslaşdırılmış DT mərkəzlərinin olması, inkişaf etmiş informasiya-kommunikasiya texnologiyalarının (İKT) köməyi ilə realdır. Bundan ötrü ölkənin təhsil şəbəkəsinin yüksək səviyyədə olması (Təhsil Nazirliyinin məktəb və universitetlərinin müəllimlərinin maraqları), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin resurslarının (ölkədə inkişaf etmiş İnternet şəbəkəsinin mövcudluğu), həmçinin təhsil alanların özlərinin səyləri tələb olunur. https://www.astna.biz/ext/news/2018/10/free/pol-education/ru/390.htm

Bu gün hər yerdə siyasətçilər, ekspertlər, hətta sıravi vətəndaşlar COVİD-19-dan sonra həyatımızın necə olacağını və indiki pandemiyanın təhsil, tibb, ticarət, siyasət və ümumiyyətlə, ölkələrimizin bütün iqtisadiyyatını necə sürükləyəcəyini proqnozlaşdırırlar. Lakin çox təəssüf ki, Azərbaycanda sahələr üzrə bütün mütərəqqi qərarlar (həm də DT üzrə) yəqin ki, bir nəfərin (görünür, bu və ya digər sektorların rəhbərlərinin, müvafiq institut və ekspertlərin, əgər onlar varsa,  qərarları ilə yox) bilikləri ilə qəbul edilir.

Axı tədris prosesində DT-ni mənimsəmək üçün pedaqoq (xaricdə onları tyutorlar adlandırırlar) DT-nin sadə əsaslarını bilməlidir, burada “on-line” rejimə keçid tədrisin virtual təhsil sisteminə transformasiyası deyil, dünyanın İnternet şəbəkəsi vasitəsilə ölkədə təhsil sisteminin özünün modernləşdirilməsidir.

Tyutorlar (DT müəllimləri) bir qayda olaraq, təhsil alanların (məktəb şagirdləri, kollec və universitetlərin tələbələri) öz fənləri üzrə fərdi təhsil proqramlarının hazırlanmasını təmin edirlər, tədrisi məsafədən yerinə yetirirlər, ancaq məntiqlidir ki, bu, hər müəllimdə alınmır. Lakin hətta bizim “ənənəvi tədris metodları” və Azərbaycan Təhsil Nazirliyinin tədris planları ilə biz bunu çoxdan edə bilərdik (istək olsaydı). DT dərsliyin səhifəsini e-mail ilə göndərmək deyil ki, alın oxuyun.

Dünyadakı DT təcrübəsi göstərdi ki, tədris prosesinin formasının dəyişməsinə və məsafəli rejimə keçilməsinə baxmayaraq, tədris prosesinə tələb (ilk növbədə müəllimlərə) heç bir şəkildə azalmır, əksinə, güclənir və onlara pedaqogikanın rəqəmsal kommunikasiya (İnternet baxımından) ilə qarşılıqlı əlaqəsi əlavə olunur. Görünür, DT informasiya texnologiyaları vasitələri və kompüter şəbəkələrinin imkanları ilə, amma öz texnika, fəlsəfə və tədris texnologiyası ilə qiyabi təhsildir. https://www.cnews.ru/reviews/free/national2007/articles/remote_training.shtml

Bu, həqiqətən müəllimin öz kursunu yaratması ilə bağlı yaradıcılıq prosesidir ki, burada müəllimlər və təhsil alanlar arasında müxtəlif ünsiyyət yanaşmaları mövcuddur, qrup və fərdi işlərdən istifadə olunur, bu tədris prosesinə distant rejimdə təhsil alanların hamısı cəlb edilir (İnternet-resurs olarsa).

DT  müəllimləri (tyutorlar) ilk növbədə öz tədris strategiyalarını müəyyənləşdirməlidir, həm də barometr kimi, onlar müasir məktəblilərin və tələbələrin bütün sorğularına həssas olmalı, təklif olunan materialın distansion (məsafədən) mənimsənilməsini  yaxşılaşdırmaq üçün əvvəlcədən çox iş görməlidirlər. Tədrisə uzaqdan yiyələnmək istəyən müəllimlər İnternet şəbəkəsi vasitəsilə kursun tədrisinin texniki metodologiyasını da bilməlidirlər. Lakin qeyd etmək lazımdır ki, müəllimin “on-line”da məsuliyyəti ənənəvi tədris metodunda olduğundan daha böyükdür. Çünki burada təklif olunan kurs və metodikanın mənimsənilməsinin köklü surətdə yaxşılaşdırılmasına yönəlmiş tədris prosesi yenidən qurulur.

Müəllim nəzərə almalıdır ki, onun şagirdləri auditoriyada oturmurlar və aydın olmayan sualların hamısına reaksiya verə bilməzlər (ənənəvi kurslarda olduğu kimi) və ya hər həftə məsləhətləşmələrə gələ bilməzlər, axı hətta DT məsləhətləşməsində belə (“çat”-da (söhbət) şagirdlərlə tyutor üçün qrup şəklində konfrans əlaqə) kurs üzrə dərs öyrənənlərin vaxtı bir qayda olaraq məhdudlaşdırılıb (azdır).

Belə ki, ənənəvi təlimlərdə (məktəb siniflərində və ya universitet auditoriyalarında mühazirələrdə) pedaqoq verilən suallar düzgün qurulmadığı halda, hətta tələbənin üz ifadəsinə görə reaksiya verə və onlara kömək edə bilər. Buna görə də müəllimin distant kurs üzrə bütün sualları və tapşırıqları məhz tələbənin (məktəblinin) nöqteyi-nəzərindən aydın və anlaşıqlı olmalıdır və deməli, təklif olunan materialın şərh edilməsi prinsipi mənimsənilən olmalıdır. Görünür, biz kursumuzu elə modelləşdirməliyik ki, şagirdlərin tapşırıqları və sualları onların özlərindən soruşduqları kimi (məsələn) olmalıdır, yəni daha asan və daha aydın.

Biz əmin olmalıyıq ki, şagird yalnız öz fikirləri və mülahizələrindən deyil, pedaqoqun təklif etdiyi kurs resurslarından (istinadlardan) səmərəli istifadə edir. DT-nin mahiyyəti təqdim olunan texniki resurslarda əksini tapan fikirlərə gətirib çıxarır, müəllimlər isə yəqin ki, tədris metodları, yeni texnologiyalar və İnternetin qarşılıqlı əlaqəsi vasitəsilə bu problemlərin həlli yollarını tapmalıdır.

Bəli, bütün problemlər bir il ərzində həll edilə bilməz, çünki şagirdlər üçün öyrənmə sahəsi müəyyən məhdud qaydada təqdim edilib və bu, hələ o demək deyil ki, onlar üçün həmişə məsafədən dərs effektli olacaq, baxmayaraq ki, biz xəyallarımızda həmişə ən yaxşı müəllim olmağı, şagirdlərimizin isə ən bacarıqlı olmasını istəyirik.

DT zamanı əsas məsuliyyət, görünür, tələbənin öz üzərinə düşür. Burada tələb dərs materialının mənimsənilməsinə və ilk növbədə özünə tələb (ilk növbədə, rabitə şəbəkə təhsil infrastrukturu texnologiyasının əvvəlcədən mənimsənilməsində) dəfələrlə artır. Tələbəyə hər fənn üzrə bütün lazımi dərs materiallarının (və İnternetdə istinadları) verilməsi (e-mail vasitəsilə, kursun veb-saytında yerləşdirməklə, poçt ilə göndərməklə, interaktiv rabitə ilə və s. danışmaq olar.) ilə şagirdlər bu materialları mənimsəyərək həmin fənn üzrə imtahan (zaçot) verməlidir və tələbə təkcə müəllim tərəfindən təklif olunan materialı mənimsəməməlidir, həm də ona aydın olmayan bütün suallara diqqətlə reaksiya verməyə hazır olmalı, verilmiş materialın mənimsənilməsilə bağlı öz metodlarını hazırlamalıdır.

Təhsil alanların məşğələ zamanı öz problemləri (o cümlədən texniki problemlər) ola bilər, lakin bu problemlər öz fəlsəfi, metodiki və texniki yanaşmalarının köməyi ilə aradan qaldırılmalıdır. Məsələn, hansı hissə fərdi olaraq mənimsənilməlidir,  hansı materiallarla “çat”da məşğul olmaq daha yaxşıdır. O, tapşırıqların mənimsənilməsi üçün lazımi resursları dəqiq seçməlidir və ancaq müəllimin təklif etdiyi materiala arxalanmamalıdır.

DT-nin özəllikləri aşağıdakılardır: https://monographies.ru/ru/book/section?id=4724

1. Seçilmiş fənlər üzrə tədris kurslarının çevikliyi və modulluğu;

2. DT tələbləri üzrə tədris kurslarının və planlarının paralelliyi və asinxronluğu;

3. Tədris keyfiyyətinin rentabelliyi və DT kurslarının iqtisadi effektivliyi;

4. Dünya üzrə DT xidmətlərinin sosiallığı və beynəlmiləlliyi.

Yəqin ki, DT haqda danışarkən ən köhnə və sadələşdirilmiş variantı  (məsələn, tədris materialının yerləşdirilməsi və adi poçt (daha primitiv e-mail) ilə tələbəyə göndərilməsi üçün (Keys metodu kimi) elektron formada olmasını  və onların müəllimlər və universitetlərlə elektron poçt vasitəsilə əlaqəsini) başa düşən müəllimlərin sayı da az deyil. Beləliklə, bu cür hallarda məsafədən təhsilə demək olar ki, müasir rabitə vasitələri (İnternet) tərəfindən təqdim edilən imkanlardan  tədris prosesində maksimum istifadə olunmaqla köhnə qiyabi təhsil sistemi kimi baxırlar və görünür, bu, DT demək deyil.

Görünür, məsələ tədris materialının elə formada hazırlanmasındadır ki, istənilən şəxs (məsələn, tələbə) saytı açarkən təklif olunan materialın mənimsənilməsi üçün tam məlumat və dəstək ala bilsin. Məsələn, bu cür materialların mənimsənilməsi üçün ardıcıl addımlardan biri ABŞ-ın İndiana Universitetinin təklif etdiyi kurs problemi adlanan ltts-metoddur ki, bu da mahiyyətcə DT-nin özəyidir  və şagirdlərin təqdim olunan resurslarda əksini tapan fkirlərinin təsdiqidir, yəni müəllimlər öz kurslarının tədrisi ilə bağlı problemin mənimsəmə üçün əlverişli olan həlli metodlarını tapmalıdırlar.

Yəqin ki, kursun bəzi problemlərini bir saatda həll edilə bilməz, buna görə də öz tədris strategiyasına malik olmaq lazımdır (əgər varsa və görünür, bu, hamıya verilməyib). Görünür, tyutorlar metodologiya üzrə öz baxış və qərarlarını hazırlamalıdır və bəzi ölkələrin (Böyük Britaniya, ABŞ, Aİ ölkələri və bizim qardaş Türkiyə kimi öndə olan ölkələrin) təcrübəsini mənimsəməlidir.

https://www.cnews.ru/reviews/free/national2006/articles/do_usa/index.shtml

Bu gün, koronavirusun dünyamızı kardinal şəkildə dəyişdiyi bir vaxtda, ABŞ və Avropada təhsil, necə deyərlər,tammiqyaslı DT sayəsində onlayn rejimə keçir. Təəccüblü deyil ki, ABŞ-da “iki milyon şagird artıq beşdən onadək şagirddən ibarət virtual siniflərdə dərs keçir. Böyük sayda amerikalı həkim müasir tibbi qajetlərdən istifadə edərək pasiyentlərin onlayn qəbuluna başlayıblar. Məsafəli rejimdə etmək mümkün olan bütün işləri şirkətlər İnternet vasitəsilə həyata keçirirlər”. https://haqqin.az/news/173330

Azərbaycanın Təhsil Nazirliyi isə mətbuat üçün bəyanat verərək bildirib ki, “koronavirus səbəbindən karantin müddətində nazirlik orta məktəb şagirdlərinin bilik səviyyəsini müəyyən edə bilmir. Bəzi şagirdlər həmin günlərdə distant olaraq İnternet imkanlarından istifadə edərək dərs keçiblər, digər şagirdlərin öz kompüterləri yoxdur, kəndlərdə İnternet zəifdir”.https://www.kavkaz-uzel.eu/blogs/83772/posts/42735

Hələ 2003-cü ilin əvvəlində Azərbaycanda ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu təhsil proqramı çərçivəsində İndiana Universiteti (ABŞ) və  Azərbaycanın Elm və Təhsil Şəbəkələri Assosiasiyası (AzRENA) arasında birgə işlərin aparılmasına dair intensiv danışıqlar başlamışdı. İndiana Universiteti və AzRENA arasında ABŞ Tərəfdaşlıq Proqramının Distant Təhsil üzrə layihəsi imzalanıb IU/AzRENA Universiteti (Project-AZ-01). Tərəfdaşlıq ABŞ Dövlət Departamenti tərəfindən qeydə alınıb – qrant № S-ECAAS-03-GR-219(CS).

Bu layihədə məqsəd Bakıda Distant Təhsil Mərkəzinin (DTM) yaradılması və 2007-ci ildən başlayaraq Azərbaycanda tammiqyaslı distant təhsil üçün DT sahəsində ilkin mütəxəssislərin hazırlanması idi. DT texnologiyaları əsaslanan komanda bu layihə ilə Azərbaycanın təhsil cameəsi üçün yeni imkanlar yarada bilərdi.

Deyilənlərə AzRENA-nın problemlərini də əlavə etmək olar, əsasən də  layihənin mövcud olduğu bu üç il ərzində yaradılmayan Distant Təhsil Mərkəzinin (DTM) olmaması baxımından. Güman edirəm ki, AzRENA layihəyə bizim ölkənin Təhsil Nazirliyini, Avropa birliyini və Qərbin digər təhsil qurumlarını cəlb etməkdə maraqlı  olmalıdır ki, bu da bizə Azərbaycanda DT-nin tətbiqi üzrə real təkan verərdi (amma ən əsası, görünür, ilk DTM-in layihəsinin yaradılması üzrə müəyyən vəsait xərcidir).

DT-nin seçilmiş məqsədləri gözəldir və bizim yeni müəllim əməyi buna istiqamətlənməlidir, lakin bu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin real marağı və qarşılıqlı əlaqəsi şəraitində mümkün ola bilər. Görünür, etiraf etməliyik ki, Azərbaycanda ilk dəfə virtual təhsilə ehtiyac koronavirusla bağlı vəziyyət sayəsində aktual oldu (bəxti yox idi, bədbəxtlik kömək etdi). Bu gün pandemiyanın ehtiyacını ortaya qoyması mümkündür:inkişaf etmiş internet xidmətləri, ölkə iqtisadiyyatının rəqəmsal idarəçiliyinə qədər. Ola bilsin ki, bu gün pandemiya zərurəti ortaya çıxardı: inkişaf etmiş İnternet xidmətləri, DT və iqtisadiyyatın rəqəmsal idarə edilməsi. http://www.turan.az/ext/news/2020/3/free/Want%20to%20Say/ru/122694.htm

Çox güman ki, tezliklə hətta siyasi proseslər, bütün səviyyələrdə təhsil, üstəlik ölkədə seçkilər (bələdiyyələr və Milli Məclis) İnternet vasitəsilə keçəcək və tədricən Azərbaycanda birbaşa və şəffaf demokratiyaya yeni yollar açacaq. Təhsildə (Azərbaycanda ticarətdə və müəssisələrin idarə olunmasında da) onlayn-xidmətlərin olmaması və ya zəif inkişaf etməsi pandemiya ilə əlaqədar dünyada yaranmış durumda bizim ölkənin  rəqəmsal iqtisadiyyata keçidini daha da daraldır.

Bəli, görünür, İnternet (rabitə vasitəsi kimi) həm çağdaş dünyamızı, həm də həyatdakı bütün çevrəmizi tamamilə dəyişəcək. Beləliklə, dünya, şübhəsiz ki, yeni olacaq, baxmayaraq ki, indi biz bütün bunları sona qədər təsəvvür etmirik və çox şey dünyada koronavirus ilə mübarizənin gedişindən və davamlılığından asılı olacaq.

Deməli, sabah bizim dünyanı real olaraq üç şey idarə edəcək: bəşəriyyətin qarşılıqlı əlaqə vasitələri kimi telekommunikasiya, KİV və sosial şəbəkə.

Məsələ ondadır ki, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  öz sahə resursları ilə buna nə dərəcədə hazırdırlar.

*Əbdül Kəhramanzadə, Azərbaycan telekommunikasiyası sahəsində mütəxəssis, texnika elmləri namizədi, dosent, Birləşmiş Millətlər Təşkilatının (BMT) eksperti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button