Dollar bayram günlərindəniyə ucuzlaşdı?

Əli Kərimli

AXCP sədri Əli Kərimli bayram günlərində dolların nisbətən ucuzlaşmasının səbəbi barədə maraqlı mülahizə paylaşıb.

Partiya lideri hesab edir ki, bu ucuzlaşma hökumət səviyyəsində valyuta məzənnəsi ilə “oynayıb” vətəndaşların hesabına varlanmaq üçündür. Əli Kərimli “Facebook” səhifəsində yazır:

“Bayram günlərində dolların ucuzlaşmasının sirrini bildiniz? Bayram ərəfəsində 1.60-1.61 manata alınan dollar bayram günlərində 1.53-1.54 manata alınırdı. Dövləti obyekt kimi işlədənlər nəzərə almışdılar ki, bayram günlərində insanlar xeyli dollar dəyişməli olacaqlar. Rusiyadan, MDB-dən, eləcə də Cənubi Azərbaycandan gələn soydaşlarımız məcbur idi ki, dollarlarını manata dəyişsinlər. Pulunu dollarda saxlayanlar da bayram bazarlığı üçün ehtiyatlarının bir hissəsini manata dəyişməli idilər. Fürsətcillər dolların məzənnəsini süni şəkildə aşağı salıb, xeyli dollar alıblar. İndi iş həftəsi başlayanda dolların qiymətini yenə qaldırıb, bayramda ucuz qiymətə aldıqları dollarları xalqa daha baha qiymətə satacaqlar. Bu ölkədə hələ ki, tək bir “qanun” işləyir. Xalq nə qədər çətinlik çəkirsə çəksin, istənilən halda mafiyanın qazancı artmalıdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button