Dollar yenə rekord vurdu, Mərkəzi Bankın müdaxiləsi nəticə vermədi

Türkiyədə dollar yeni həftəyə də kəskin bahalaşma ilə başlayıb və ölkənin milli valyutası ABŞ valyutasına nisbətdə səhər saatlarından etibarən ciddi ölçüdə dəyər itirib. Ötən həftənin  cümə günü dollar 17,14 TL-yə qədər artmaqla rekord vurmuşdu, bu gün isə hərracların başlamasından cəmi bir neçə saat sonra yeni rekord səviyyəsinə çatıb və 17,62 TL-yə qalxıb. Avro isə 19,89 TL-yə yüksəlib.

Maliyyəçilər və iqtisadçılar belə vəziyyətdə Mərkəzi Bankın uçot dərəcələrini endirməkdənsə artırmalı olduğunu deyirlər. Lakin dolların bu cür kəskin bahalaşması artıq Mərkəzi Bankın əlindən bu aləti də almış olur. Belə ki, dolların bahalaşması ilə bərabər inflyasiya da kəskin artır və nəticədə indiki inflyasiya səviyyəsində Mərkəzi Bankın uçot dərəcələrini 10-15 faiz artırması tələb olunardı. Hökumət isə nəinki bu cür kəskin faiz artımına müsbət baxmır, eyni zamanda faizlərin aşağı salınmasında qərarlıdır.

Mərkəzi Bankın bazara birbaşa müdaxiləsi də nəticə vermir. Belə ki, dekabrın 1-dən 17-nədək Mərkəzi Bank bazarda cəmi 6.5 milyard dollar satıb, amma bu müdaxilənin cəmi bir neçə saatlıq təsiri olub. Ardınca dollar yenidən bahalaşma mərhələsinə keçib.

Bakı vaxtı ilə saat 11.20-yə olan məlumata əsasən banklar 1 dolları 17,44 TL-dən satmaqda idi. Bu, səhər saatlarından etibarən TL-nin 6 faizə yaxın dəyər itirməsi deməkdir.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button