”Dollara uyğun oynayırıq” (VİDEO)

Mərkəzi Bankın üzən məzənnə rejiminə keçməsindən sonra qiymətlər bahalaşdı. Bazarda satıcılar alıcının yoxluğundan, alıcılar isə qiymətlərin bahalığından şıkayətlənir.

3-cü mikrorayonda yerləşən meyvə-tərəvəz bazarında alıcı qıtlığından domino oynayanlar da tapıldı. “İşlər onsuz da ağır idi, dollar qalxandan sonra bir az da ağırlaşdı. Dollar necə oynayırsa, biz də elə oynayırıq.

Malların qiyməti gah qalxır, gah düşür, biz də ona baxıb hərəkət edirik. İş yoxdu, ona görə domino oynayırıq ki, başımız qarışsın. Yoxsa fikirləşməkdən başımız xarab olar. Birdən fikirləşərik ki, nəsə eləmək lazımdı. Ən yaxşısı budur ki, başımızı qatırıq, bilmirik nə etmək lazımdır”.

Ahıl çağında satıcı işləyən nənə də alıcının olmamasından şikayətlənir, səbəbi isə insanların işsizliyində görür. Dolların yenıdən qalxdığını eşidəndə isə “vay, hara gedeceyik” -deyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button