Rubrikalar: DÜNYA XuralTAC

Donald Tramp xüsusi prokurorun məruzəsi haqda

ABŞ prezidenti Donald Tramp baş prokuror Uilyam Barrın “Rusiya təhqiqatının” nəticələri haqqında mətbuat konfransından sonra “Taxt oyunları” serialı stilində kollaj dərc edib.

AzərTAc xəbər verir ki, prezident rəsmi “Twitter” səhifəsində populyar serial üslubunda şəkil yerləşdirib: O, arxası tamaşaçılara tərəf duman buludları qarşısında dayanıb. Şəklin üstündə “Taxt oyunları” üçün xarakterik şriftlərlə yazılıb: “Oyun qurtardı”. Yuxarıda əlavə olunub: “Nifrətçilər və sol radikal demokratlar üçün. Heç bir sövdələşmə. Ədalət məhkəməsinə heç bir əngəlləmə”.

ABŞ-ın baş prokuroru Uilyam Barr bir qədər əvvəl mətbuat konfransında 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı Donald Tramp və ya hər hansı digər amerikalı ilə Rusiyanın hakimiyyət orqanları arasında sövdələşmə olmadığını təsdiqləyib. O, “Rusiyanın ABŞ-da seçki prosesinə müdaxilə cəhdlərinin təbiətini aşkara çıxardığı üçün” xüsusi prokuror Robert Müllerə təşəkkürünü bildirib.

“Xüsusi prokurorun təhqiqatının əsas məqsədi Tramp kampaniyasının və ya onunla əlaqəsi olan hər hansı digər şəxsin 2016-cı ildə keçirilən seçkilərə müdaxilə üçün Rusiya dövləti ilə əlbirliyini və ya öz fəaliyyətlərini koordinasiya etməsini araşdırmaq olub. Xüsusi prokuror Tramp kampaniyası üzvlərinin və Rusiyanın bu istiqamətdə cəhdlərinin aşkarlanmadığını bildirib”, – deyə ABŞ-ın baş prokuroru mətbuat konfransında vurğulayıb.

Paylaş:

Share

Son Əlavələr

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam

“Sirr qutusu” tapıldı: Onu Rotşildlər qaçırıblarmış!-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 16 avqust 2019-cu il   Bu barədə dəfələrlə yazdım. Eyni nöqtədən irəliləməyə davam edərək dünyanın zirvəsində…

17 Avqust 2019 2:42 səhər
Xural.COM